Yeni sinif açmaq üçün rüşvət... - Kəlbəcər məktəblərinin birində rüşvət yığılmasına dair video yayıldı
17-01-2021, 10:48
70

Yeni sinif açmaq üçün rüşvət... - Kəlbəcər məktəblərinin birində rüşvət yığılmasına dair video yayıldı

Sosial şəbəkələrdə məktəblərin birində rüşvət toplanmasına dair video yayımlanıb.

“AzPolitika.info” xəbər verir ki, videonun nə zaman çəkildiyi məlum olmasa da, hadisənin orta məktəblərin birində baş verdiyi və bir qadın tərəfindən siyahı üzrə pul toplandığı görünür.

Həmin videonu müşaiyət edən məlumatda iddia olunur ki, pul yığılmasına dair kadrlar Kəlbəcər rayon 2 Saylı Tam Orta Məktəbinə aiddir.

Qeyd edilir ki, siyahı üzrə valideynlərdən yığılan pul məktəbdə yeni sinif açılması üçün rüşvət olaraq toplanıb və məktəb direktoruna, eləcə də Kəlbəcər rayon Təhsil Şöbəsinə çatıb.

Məlumatda həmçinin bildirilir ki, sözügedən məktəbin direktoru Azad Əsgərov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qohumudur. Onun C.Qurbanovun bibisinin kürəkəni olduğu idia edilir.

Qeyd edək ki, Kəlbəcər rayon 2 Saylı Tam Orta Məktəbi Gəncə şəhərində yerləşir. Videonun məhz həmin məktəbə aid olub-olmadığını isə yəqin ki, hüquq-mühafizə orqanları araşdıracaq.

Teref.az məlumatda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırdır.

Oxşar xəbərlər

Kəlbəcərin 2 saylı məktəbində şıdırğı yığım - VİDEO
Azərbaycanda orta məktəb bağlandı
Azərbaycan polisləri Kəlbəcərdədir - VİDEO
Kəlbəcərlilər qələbə sevinclərini bölüşdülər - FOTO/VİDEO
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
Xaçmazda məktəb sahəsi 380 manata satılıb?
Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Paytaxtın orta məktəblərində dərslər bərpa olunur
Lerikdə məktəb direktorunun özbaşınalığı - Xadimədən 4000 manat məbləğində rüşvət istəyib?
Baş Prokurorluqdan intihar edən müəllimin işi ilə bağlı MÜRACİƏT
Kəlbəcərə komendant təyin edilib
Saatlıda təhsil adına biabırçılıq: HEYDƏR ƏLİYEV FONDUNUN ŞAGİRDLƏRƏ VERDİYİ HƏDİYYƏ ÇANTASI GERİ ALINDI
Məktəbi müəllimlərə təmir etdirən direktorla bağlı ARAŞDIRMA BAŞLADI
"Şagirdləriylə qumar oynayır, araq aldırır, ..." - Valideynlərdən direktora qarşı AĞIR İTTİHAMLAR
"Bilik günü" şagird himn oxunarkən huşunu itirib, yıxıldı — VİDEO
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Nazir ad günü keçirən məktəb direktorunu niyə qovmadı? – Şeytan detallardadır
Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı
147 saylı məktəbdə qalmaqal: Sinif rəhbəri valideyni təhqir etdi...
Kəlbəcər rayonunun Vəng kəndi - Video
Kəlbəcərdə bayrağımız yüksəldildi - VİDEO
Beyləqanda da FETÖ-çular var imiş... - İDDİA
Hərbçilərimizin nəşi qarın altından çıxarılıb - VİDEO
Topçu Vüsalı təhqir edən direktor cəzalandırıldı - FOTO
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
Təhsil idarəsi rüşvətxor direktoru müdafiə edir
Cəlilabad rayonunda məktəb direktorları vakansiyasını niyə gizlədir?
Bu təhsillə Kəlbəcərə qayıtmaq olmaz... - İDDİA