GDU da "tender canavarı"nın "yemi oldu"... - İLGİNC
23-01-2021, 09:58
54

GDU da "tender canavarı"nın "yemi oldu"... - İLGİNC

Gəncə Dövlət Universiteti bu gün "Sinam” MMC ilə satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, 47 min 613 manat məbləğində olan müqaviləyə əsasən universitetin insan resursları, maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə proqram təminatı (SERP) qurulacaq.

Qeyd edək ki, şirkət dünən, yəni 21 yanvarda "Aqroservis” ASC ilə 99390.22 AZN məbləğində elektron avadanlıqların satınalınması müqaləsi imzalayıb.

Qaynarinfo-nun araşdırmaları zamanı məlum olub ki, "Sinam” MMC təkcə 13.03.2019 tarixindən indiyə kimi 85 satınalma müqaviləsi bağlayıb. 20 yaşlı şirkətlə ən böyük müqaviləni isə Azərbaycan Mərkəzi Bankı imzalayıb. AMB istismarda olan Elektron Sənəd Dövriyyəsi Sisteminin təkmilləşdirilməsinə görə bu İT şirkətinə 849,9 min manatlıq vəsait ödəyib.

"Sinam” sanki bazarda İT sahəsi üzrə bu dövlət qurumlarının ən çox etibar etdiyi MMC kimi görünür.
MMC ilə bağlı yayılan məlumatlara görə, Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa "Kür” markalı kompüterlərin istehsalçısıdır. "Sinam”ın mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırki rəhbəri Elçin Əliyevdir.

MMC-nin dövlət satınalmalarında "rəqibsiz” olması ilə bağlı şikayətlər də var. Məsələn, "Neuron Technologies” MMC-nin prezidenti İsmayıl Ələkbərov mediaya verdiyi açıqlamaların birində "Sinam”ı korrupsiyada ittiham etmişdi:

"Azərbaycanda SERP proqram təminatına illik texniki dəstək adı altında korrupsiya oyunları davam edir. Dövlət qurumları bu xidmətlər üçün satınalmalar həyata keçirir. Bu satınalmalarda ancaq "Sinam” şirkəti udur. Sual edirəm: bu şirkətdən başqa İT şirkəti yoxdurmu ölkədə?”

Sahibkar iddia etmişdi ki, SERP adlandırılan proqram təminatı (PT) dövlət sifarişi əsasında neçə illər bundan əvvəl "Sinam” şirkəti tərəfindən hazırlanıb və Maliyyə Nazirliyinə təhvil verilib: "Bu sistem keçib dövlətin balansına. Sistem Azərbaycan dövlətinin qeyri-maddi aktivi olduğundan, onun mənbə kodları da dövlətə təhvil verilməli idi. Lakin "Sinam” qanunsuz olaraq bu PT-nın kodlarını özündə saxlayır. PT Maliyyə Nazirliyinin data mərkəzində quraşdırılıb və büdcə və digər dövlət təşkilatlarının mühasibatlıqları üçün əlçatandır”.

"Neuron Technologies”in rəhbəri dəfələrlə dövlət və hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin dövlət satınalması adı altında korrupsiyanın qarşısının alınması üçün heç bir tədbir görülmədiyini bildirmişdi.

İsmayıl Ələkbərov öz şirkətinin nümunəsində də korrupsiya sövdələşməsinin detalarını açıqlamışdı: "Əslində büdcə təşkilatlarının keçirdiyi SERP kotirovkalarında ixtisas göstəriciləri uyğun gələn istənilən İT şirkəti iştirak edə bilər. Kotirovkada qalib olacağı təqdirdə, həmin büdcə təşkilatı müraciət edib Maliyyə Nazirliyindən mənbə kodlarını alıb, konfidensiallıq sazişi əsasında həmin qalib şirkətə ötürməlidir. Ancaq "Sinam” buna imkan vermir. Kodları qeyri-qanuni olaraq özündə saxlayıb. Rəhbərlik etdiyim "Neuron Technologies” şirkəti ötən illərdə bir neçə dəfə SERP kotirovkalarında qalib olsa da, dövlət təşkilatları kodları Maliyyə Nazirliyindən alıb bizə təqdim edə bilmədiyindən, həmin kotirovkalar ləğv olunurdu”.



Oxşar xəbərlər

Ədliyyə Nazirliyindən inanılmaz satınalma müqaviləsi
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
Bakı Baza Tibb Kolleci "GÜL VURUR"... - 3-4 aylıq MMC-lərlə işbirliyini davam etdirir
Dövlət agentliyi 2.2 milyonluq sifariş verib
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
Bakı Nəqliyyat Agentliyinin tender talanları: - Büdcə pulları kimlərin cibinə axır?
Ölkənin daha bir bank sektorunun nümayəndəsi Pronet MMC HRM sistemindən istifadə etməyə başladı
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
BNA "sevimli" şirkətinə 500 min manatlıq tender verdi
Dövlət Gömrük Komitəsi üçün 30 milyonluq yeni bina tikilir
Təhsil Nazirliyinin 10 milyonluq müəmmalı “tenderi” – Yumşaq dəstə görə…
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
“Azərlotereya” ASC niyə Türkiyə şirkətinə idarəetməyə verildi? - İLGİNC İDDİA
Yevlaxda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Tərtərdə tenderləri kimlər udur? - SİYAHI
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Mədəniyyət Nazirliyinin “sevimli” şirkəti 20 gündə 8 tenderi necə qazanıb?- İcazə verin şübhələnək..
"ASK Ayaqqabı Fabriki”MMC-nin istehsal etdiyi malları kimlər alır? - İlginc İDDİA
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
AMEA zibillərin daşınmasına 1 milyon manatdan çox pul xərcləyir
Qazaxda tenderlərin "çempionu" yenə qalib çıxdı - "AZƏRTRANSS" MMC-nin Qazaxda milyonluq tenderləri ...
Perinatal Mərkəzdə pul çıxarmağın başqa yolları da varmış - İTTİHAM
Bu dövlət qurumu yarım milyonluq müqavilə bağladı - İnternet xidməti üçün
Həbs olunan “Azərxalça” şefinin BİZNES ORTAQLARI... - Onların da İŞİ YAŞDIR...
TƏBİB-ə tabeli tibb müəssisələrində dəftərxana biznesinə kimlər nəzarət edir? - GƏLİŞMƏ
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC