“Kristal Abşeron”un “Qobupark” bataqlığı - Ağalar Vəliyevin şirkətindən ŞİKAYƏT
17-02-2021, 15:39
68

“Kristal Abşeron”un “Qobupark” bataqlığı - Ağalar Vəliyevin şirkətindən ŞİKAYƏT

“Kristal Abşeron” şirkətinin məcburi köçkünlər üçün inşa etdiyi “QobuPark” yaşayış kompleksində problemlər olduğu kimi qalır.

Yenicag.az xəbər verir ki, jurnalist Rövşən Əsədov bildirir ki, erməni vəhşiliyinin qurbanı olan (keçmiş) məcburi köçkünlər indi də “Kristal Abşeron” şirkətinin özbaşınalığından əziyyət çəkir. “Binaların üzlüyü qopduğu üçün şirkətin işçiləri üzlüyü binanın divarına (qırmızı kərpici deşərək) bərkidirlər. Sonra da külək və yağış olduğu zaman o deşiklərdən içəri, sakinlərin evlərinə su sızmağa başlayır.

“QobuPark”da istənilən adamın qapısını döysəniz hamısı şikayətçidir. Millətin tavanları mamır bağlayıb, evdə nəmişlik qoxusu adamı boğur, divarlara su sızır deyə divarlar gömgöy olub, divar kağızları (oboylar) hamısı qopub tökülür. Burada məskunlaşan məcburi köçkünləri ermənilərdən sonra ən çox incidən bu şirkət oldu. Mütləq gərək prezidentin dəmir yumruğu sizin də başınıza dəysin, gərək yolu bağlayıb ayağa qalxaq, ondan sonra problemi həll edəsiniz?
Bir böyüyünüz, kiçiyiniz yoxdur ki, dərdimizi ona deyək?” – deyə jurnalist qeyd edib.

Şirkətin mətbuat xidmətinə mövzu ilə bağlı ünvanladığımız suallar cavabsız qaldı.

Xatırladaq ki, yaşayış kompleksində mövcud olan problemlər haqda bir müddət öncə də yazmışdıq. Həmin vaxt şirkətin nümayəndələri şikayətçi həmkarımıza yaxınlaşaraq problemin həll olunacağını bildirmişdilər. Lakin görünür binanın tikintisi zamanı yol verilən qüsurlar çox köklüdür, təzədən aradan qaldırılması mümkün olmur. Onu da diqqətə çatdıraq ki, Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə məcburi köçkünlər üçün tikilən binalar Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim ediləcək. Hazırda məckunlaşma olmayan mənzillərin təqdim edilməsi prosesi gedir. Bir neçə ildən sonra məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra həmin mənzillərin də şəhid ailələri və müharibə əlillərinə verilməsi gözlənilir.

Qeyd edək ki, “Kristal Abşeron”un qeyri-rəsmi sahibi milyonçu millət vəkili Ağalar Vəliyevdir.

Oxşar xəbərlər

“Binalar yararsız vəziyyətdədir, su sızır” - GİLEY
"Kristal Abşeron" "Paşa Holding"i aldadıb - FAKT
Deputatın şirkəti yolu bağladı: Sakinlər etiraza qalxdı – Video
Deputatın şirkəti avtomobilləri bu hala saldı – Fotolar
“Kristal Abşeron-1”-dən narazılıq var - VİDEO
AĞALAR Vəliyev tikinti sektorunu AĞLAR günə qoyub-Ağalar Vəliyev kimdir ?
Məcburi köçkünlərin güzəştləri qalacaq - Rəsmi
“Qaçqınkom” 4700-ə yaxın mənzili ƏƏSMN-nin balansına verdi
Məcburi köçkünlərlə bağlı deputatdan mühüm AÇIQLAMA
"Ölsək də, buradan çıxmayacağıq" - Rövşən Rzayevin nəzərinə...
Deputatın oğlu qonşu ölkəyə 50 milyon dollar sərmayə yatırdı
"Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ
Cənab komitə sədri bunları bilirmi?
Köçkünlərin geri qaytarılması haqda – Açıqlama
Deputatın oğlunun kazino tikintisi haqda qalmaqallı xəbər - Fotolar
Oqtay Əsədovun Sulutəpədəki villası: 4 hektar ərazidə tikilib
Eldar Mahmudovun oğlu Londandakı şirkətini bağlayır - 3 ay əvvəl fəaliyyətini dayandırıb
Qaşqınkom  AİLƏ-ləri  dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
ARXA-nı yox, ÜZ-ünü problemlərə çevir, Rövşən Rzayev
Məcburi köçkünlərin qayıdış prosesi necə təşkil olunacaq – Proqram hazırlanır
Güclü külək evlərə və köşklərə ciddi zərər vurub
Azərbaycanlı məcburi köçkünlər azad olunan ərazilərə nə vaxt qayıdacaq? - Rusiya XİN
İlham Əliyevdən hər kəsi sevindirəcək QƏRAR!
“Kür-Araz Şirkəti” MMC son bir ildə Fonddan 18 milyonluq tender udub
“AtaSığorta”da nə baş verir? - Rəhbərlik prokurorluğa müraciət edib
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
Tibb işçilərinə vaksin məcburi vurulur? - TƏBİB-dən AÇIQLAMA
Məcburi köçkünlərin borcları necə ödəniləcək? - RƏSMİ AÇIQLAMA
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
Qaçqın və məcburi köçkünlər  “KUPÇA”nı  yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb