Dövlət Sığorta Şirkətində Həsənxanov-Musayeva-Hətəmov üçlüyü-22 min manat necə mənimsənilib?
22-02-2021, 11:30
1 170

Dövlət Sığorta Şirkətində Həsənxanov-Musayeva-Hətəmov üçlüyü-22 min manat necə mənimsənilib?

Ülviyyə Məmmədovanın “sehrli çubuğu “   

Uzun illər Dövlət Sığorta Kommersiya Şirkətinin sədri işləmiş Məmməd Məmmədov 13 mart  2020- il tarixdə Prezidentin sərəncamı ilə vəzifəsindən  azad edildikdən sonra şirkətin idarəçiliyi  Mərkəzi Banka tapşırıldı. 
Mərkəzi Bank isə dövlət şirkətinin idarəçiliyini  qeyri-rəsmi olaraq əvvəllər orda işləmiş Oruc Həsənxanova həvalə etmişdir. 
Oruc Həsənxanov öz növbəsində Dövlət Sığorta Şirkətində yaxın münasibətdə olduğu katibə Elza Musayevanı Müştəri xidmətinin direktoru, dostu Xəyyam Hətəmovu isə İdarə Heyətinin üzvü və baş direktor təyin etmişdir. 
Baş direktor Hətəmov isə  öz yaxın  münasibətdə olduğu Ülviyyə Məmmədovanı  şirkətin Maliyyə İdarəsinin rəis müavini təyin edərək, maliyyə əməliyyatlarını ona həvalə etmişdir.
Necə deyərlər  “sevgi və maliyyə” üçbucağı   Dövlət Siğorta Şirkətində  əməlli-başlı  çulğalaşıb.  
Son zamanlar bu “üçbucağın”  fəaliyyətinə əməlli-başlı şərait yaradılıb, mane olmaq istəyən işçilər isə  işdən uzaqlaşdırılıb.
Onu da qeyd edək ki, Xəyyam Hətəmov əvvəllər Şirkətin Sumqayıtdakı idarəsinin direktoru işləyib.

 Həmin dövrdə  idarədə olan maxinasiyaların izini itirmək üçün qanunsuz ödəniş sənədləri məhv edilib. Yəni idarənin fəaliyyətini yoxlamaq üçün zəruri olan faktlar, sübutlar  sıradan çıxarılıb.
Bu  prosesdə hazırda maliyyə idarəsinin müavini işləyən Ülviyyə Məmmədova da yaxından iştirak edib. Hətta Xəyyam Hətəmov həmin vaxt saxta sənədlərlə Ülviyyə Məmmədovanın adına 22 min manat  sığorta ödənişi verib.


Xəyyam Hətəmov “Azərsığorta”nın Sumqayıt filialının müdiri olarkən Ülviyyə Məmmədovanın idarə etdiyi 90 OU 777 nömrəli “Chevrolet Captiva” markalı avtomobil qəzaya düşüb.

2020-ci il martın 1-də baş verən qəzada Ü.Məmmədova qayda pozuntusu edərək Alıyev Sərvan Baba oğluna məxsus “Toyota Prado” markalı 90 UF 094 nömrəli avtomobili vurub. Buna görə də Ü. Məmmədova barəsində Sabunçu rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq İXP3122323 saylı prtokol tərtib edilib.

X.Hətəmov Azərsığortanın filial müdiri olarkən bu hadisə baş verib, bir müddət sonra o Baş İdarədə Qəza hallarının araşdırılması departamentinin müdiri təyin olunub. Həmin vaxt "qurma" hadisəyə ödəniş verilib. Ödəniş alan Ülviyyə Məmmədova isə hadisədən sonra Baş ofisdə mühasib köməkçisi kimi işə qəbul olunub.

Qəza nəticəsində “Prado”ya dəyən ziyana görə Ü.Məmmədovanın avtomobilinin icbarı sığortasını həyata keçirən “Azərsığorta”nın hesabından S.Alıyevə 1370 manat ödəniş edilib.


Bütün bunlar azmış kimi  Sığorta Şirkətində əməlli-başlı  FOTO-MONTAJ prosesi gedir. 

Ü.Məmmədovaya məxsus “Chevrolet” markalı avtomobilin qəzadan sonra çəkilmiş fotosu üzərində fotoşopla montaj işləri aparılaraq təxminən 1000 manatlıq zərər 22 min manata kimi çıxarılıb. Ü.Məmmədovanın “Chevrolet”inin kasko sığortası da “Azərsığorta”da olub.

Digər maraqlı məqam bundan ibarətdir ki, həmin ərəfədə Xəyyam Hətəmovun xidməti fəaliyyətlə bağlı “Azərsığorta”ya 23 min manat debitor borcu olub. Lakin bu hadisədən sonra sehrli formada həmin borc ödənilərək bağlanılıb. Fotoşoplu şəklə görə bank hesabına 22 min manat ödənilən işçisi Ülviyyə Məmmədova isə onun ardınca Baş idarədə Mühasib köməkçisi olub. 

Ülviyyə Məmmədova  azacıq zədələnmiş  avtomobili “sehrli çubuğu” ilə elə günə qoyur ki, elə bil  avtomobil  minaya düşüb. (Şübhəsi olanlar yazıya əlavə edlən müqayisəli fotolara baxa bilərlər).
Və  bu “üçbucağın”  əlləri ilə Dövlət Sığorta Şirkəti böyük məbləğdə  pulları göyə sovurur, daha doğrusu, ciblərinə qoyurlar.

gundelik-baku.com

Oxşar xəbərlər

“Günay Sığorta”da yeni TƏYİNAT
“Günay Sığorta”nın sədr müavini ISB-ya transfer olub
“Günay Sığorta” üzərində qara buludlar... - TƏFTİŞ OLUNUR
Xəsarət almış şəxs sığorta ödənişini ala bilmir - Şikayət
“Xalq Sığorta” Mərkəzi Bankı necə aldadır? - Unikal üsul
"Qala Sığorta" işi dövlətin boynuna yıxmaq istəyir? - Çəkişmə...
“Standard Insurance” müflis elan edildi — Ləğvetmə Komissiyası yaradılır
Tanınmış sığorta şirkətinin filial müdiri vəfat etdi
“QALA” sığortadan UTANCVERİCİ ADDIM - Ermənilərin raketlə vurduğu ev sığortalansa da...
“Rəvan Sığorta” fəaliyyətini dayandırır - Nuru Əliyev iflas edir?..
Bu sığorta şirkətləri də bağlanma təhlükəsi ilə üz-üzədir - SİYAHI
MÜJDƏ: I Qarabağ Müharibəsi qazilərinə sığorta haqqı VERİLƏCƏK - Zaman açıqlandı
“AtaSığorta”da nə baş verir? - Rəhbərlik prokurorluğa müraciət edib
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat
“ASAN Xidmət”in “İnnovasiyalar Mərkəzi”nin rəhbərliyinə TƏYİNAT
Mərkəzi Banka yeni səlahiyyət verildi
“Atəşgah sığorta” yenə də narazılıq yaradır - "İki aydır maşınımı təmir etməkdən imtina edir"
Azərbaycanda daha bir neçə sığorta şirkəti BAĞLANA BİLƏR
Azərbaycanda sığorta şirkəti təyyarəyə görə milyonluq ödəniş etdi
Sığorta şirkətləri dövlət qurumunun - TENDERİNƏ QATILMADILAR
Azərbaycanın sığorta bazarı 11% böyüyüb
Sosial sığorta kartları LƏĞV EDİLİR
Bağlanan bank və sığorta şirkətlərinin rəhbərləri - HARADA İŞLƏYƏ BİLƏR?
"Qala sığorta"nın daş kimi susqunluğu... - GİLEY
AMEA-da direktor xanım buna görə İŞDƏN ÇIXARILDI
Sığorta haqlarını ödəməyənlərin ölkədən çıxışına qadağa qoyulacaq
Bu sığorta şirkəti ləğv olunur
“Günay Sığorta” hərbçiyə ödəniş etməkdən imtina edir - NARAZILIQ!
Elman Rüstəmovun qızı Londondakı şirkətinin maliyyə hesabatını vaxtında təqdim etmədi – Fotofakt
Prezident qanunu təsdiqlədi: Yanvarın 1-dən...