“Optimal Elektronika”  ölkədən valyuta axınına şərait yaradır?-OPTİMALDA QANUNSUZLUQLAR
24-02-2021, 13:39
337

“Optimal Elektronika” ölkədən valyuta axınına şərait yaradır?-OPTİMALDA QANUNSUZLUQLAR

 Tənqid nəticə çıxarmaq üçündür, sildirmək üçün deyil...

Ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlər həm xeyli iş yeri, həm də böyük vergi ödəyicisi  deməkdir. Təəssüf ki, milli şirkətlərimizin  bəziləri, əksinə  başqa yola əl atırlar. 
Əlbəttə,  bizim  hansısa şirkətin işgüzar nüfuzuna kölgə salmaq fikrimiz yoxdur. Ancaq ortada müəyyən faktlar da var. 
1997-ci ildən  fəaliyyət  göstərən və  Azərbaycanda elektronika, məişət texnikası və mebelin  pərakəndə satışı bazarının əsas oyunçularından biri olan “Optimal Elektronika” ilə bağlı  araşdırma  zamanı  diqqətimizi  belə bir fakt  cəlb etdi. Deməli, Maliyyə Bazarlarına Nəzarət Palatası “Optimal Elektronika” MMC barəsində inzibati protokol tərtib edib.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta avans yolu ilə ödənilən valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilən valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.
Deməli, şirkət ölkədən çıxan valyutaya görə cəzalandırılıb.  Axı, ölkədən valyuta çıxması ölkəmizdə ciddi məsələdir və bu barədə ən yüksək  səviyyədə fikir bildirilib. 
Digər tərəfdən mediada şirkətin  verdiyi kreditlər, satılan məhsulların keyfiyyətsiz olması ilə bağlı mediada kifayət qədər yazılıb.Ancaq təəssüf ki, yazılan tənqidi yazılar 10-15 dəqiqə sonra  saytlardan silinir. 
Bu çıxış yolu deyil, cənablar. Tənqid  nəticə çıxarmaq üçündür, sildirmək üçün yox.

Oxşar xəbərlər

Bakıda şirkət 1000 avro cərimə edildi
“Optimal Elektronika” MMC-dən Azərbaycan Ordusuna Dəstək!
"Araz Supermarket” CƏRİMƏLƏNDİ
Vətəndaş razı olmadığı halda cərimə yazan məmur CƏRİMƏLƏNƏCƏK
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Bakıda moda evində əməliyyat – VİDEO
Prezidentdən mühüm fərman
Kafe sahibi və müştəriləri cərimələndi
Gecə iki çayxana işlədi - Sahibkar və müştərilər saxlanıldı
"İrşad Electronics" cərimələndi
Azərbaycan Texniki Universitetinin sabiq prorektoru vəfat etdi
Qumarxana kimi fəaliyyət göstərən kafe aşkarlandı
Çayxanaya gedənlər cərimələndi - Foto
Gecə saatlarında işləyən restoranın sahibi həbs edildi
Kafedə karantini pozan 12 nəfər polis şöbəsinə gətirildi
Qobustanda karantin qaydalarını pozan kafe aşkar edilib
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
Bakıda Tibb Mərkəzi karantin qaydalarını pozdu
Kafedra müdiri koronavirusdan vəfat edib
Bakıda “Dostlar” kafesi, Sumqayıtda "Power gym" qanunsuz işləyirmiş - VİDEO
Mərkəzi Bankdan "qara bazar"dakı valyuta mübadiləsiylə bağlı XƏBƏRDARLIQ
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
“Planet Parni İz Baku” karantin qaydalarını pozduğuna görə cərimələndi
Sabirabadda gizli işlədilən oyun zalında 20 nəfər cərimələndi
Karantini pozan daha bir çayxana aşkarlandı
“Xəzər Dəniz Gəmiçiliyi” cərimələndi
Hökməli bələdiyyəsinin sədri cərimələnib
Qaxda karantin qaydalarını pozan oyun zalı aşkar edilib
Karantini pozan çayxana sahibi və müştərilər cəzalandırıldı
Karantini pozan çayxana aşkarlandı, 15 nəfər cərimələndi