Balababa Rzayevin işıq biznesi…-  “Qoy işığı söndürüm..”  Rzayevin həyat prinsipidir
1-03-2021, 15:45
423

Balababa Rzayevin işıq biznesi…- “Qoy işığı söndürüm..” Rzayevin həyat prinsipidir

Son  günlərdə yağan qar ölkəmizdə faəliyyət göstərən bir neçə qurumun heç nəyə yaramadığını ortaya qoydu.
Təsəvvür edirsiniz  o qədər də güclü olmayan qar yağır və qaz kəsilir, su donur və işıqlar sönür. 
Dövlətin ayırdığı  külli miqdarda vəsaiti mənimsəyən, guya bahalı transformatorlar, kabellər  alan, işıq dirəklərini yeniləyən Azərişıq görəsən  bu barədə nə düşünür ? 
Axı, bu sözün həqiqi mənasında cinayətdir. Həm dövlətin pullarını mənimsə, həm işığı  vətəndaşlara az qala qızıl qiymətinə sat, həm də azca  iqlim dəyişikliyi olan kimi işıqlar kəsilsin, transformatorlar partlasın, kabellər ərisin ? 
Bəs, milyonlar hara gedib Balababa Rzayev ? 
Bəli, başa düşürəm deyəcəksiniz, Balababa müəllim, daha Azərişığın rəhbəri deyil, allah qoymasa Azərenerjiyə rəhbər təyin olunub. Bəs, Balababa Rzayev uzun illər Azərişığın rəhbəri olanda nə edib ? 
İndi sadalayım siz də görün Balababa müəllim pulları hara yönəldib ? 
Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur.
Balababa  müəllim  “Santral Elektrik”in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. “Bakelektrikşəbəkə”yə sədr keçdikdən sonra onun, “Santral Elektrik”i də qeyri-rəsmi idarə etdiyi bildirilir.
Sonradan “Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.
Həm də təkcə “Santral Elektrik” deyil, sənədlərə görə bu ailə Azərbaycanda elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir.
Araşdırma zamanı məlum olub ki, “Santral Elektrik” LTD-nin Rzayevlərin işıqlı biznesində yeganə halqa olmadığını göstərir.
Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri “Santral Elektrik”lə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir.
“General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı - Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub.
2003-cü ildə yaradılmış “Gök-Nur Bakı LTD”-nin Vergilər Nazirliyi reyestrindən çıxarılmış sənədlərində də Baba Rzayev təsisçi olaraq göstərilir. Digər təsisçi isə “Handa Group”dur. Bu şirkət sifarişlərini birbaşa sahibinin başçılıq etdiyi dövlət qurumundan – “Bakıelektrikşəbəkə”-dən alıb.
Araşdırmaya əsasən, ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan “Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir.
Məhz həmin dövrdə paytaxtın elektrik şəbəkəsi də özəl əllərdən – “Barmek” şirkətindən alınaraq, bərpa edilmiş dövlət qurumuna – “Bakıelektrikşəbəkə”yə, yəni Balababa müəllimə  keçib.
Təsəvvür edirsiniz tenderi satan da, udan da, pulu qazanan da Balababa müəllimin oğlu, qardaşı, həyat yoldaşı və s. 
İndi bildinizmi, niyə külək əsəndə işıq dirəkləri uçur, qar yağanda transformator partlayır, yağış yağanda kabellər od tutub yanır ? 
Bu adamın özünün kabel, elektrik avadanlıqları istehsal edən zavodu da var. 
Bütün bunlardan sonra “Babanın işini yoxlamaq əvəzinə”  onu gətirib Azenerjiyə rəhbər qoyublar. 
Balababa müəllim  gələn kimi Mingəçevir SES-in yenidən qurulmasına ayrılan dövlət pullarını həzm-rabedən keçirib.
SES-in yenidənqurulması vaxtı  yaranan 70-80 ton əlvan metal hara gedib..? 
Araşdırmamız  davam edir. Bizi izləyin.

''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)

Oxşar xəbərlər

Ağabəy Əsgərov göydən "Azərnəşr"in başına düşən yekə bir "ostroid"dir
Peşə təhsilimiz  bərbad gündədir- Təhsil Nazirliyi hara baxır ?
Rektor  Mustafa  Babanlının  imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır ?
Qazaxda Samir Şərifovun rəis işçisi sahibkar çıxdı - ARAŞDIRMA
Nadir Nailə Mirməmmədlinin ölümündən yazdı: “Sənə nifrət etdiyim qədər...”
Qaz ver, Ruslan Əliyev, qaz ver… - Əhali  “Azəriqaz”dan  dad deyir ...
58 yaşında hüquq diplomu alan Saleh Məmmədovun  YOL-u-20 yaşlı oğlu Londonda mülkləri hansı pulla alır ?
Elçin Rzayevə nədən təkrar etimad göstərildi? - İTTİHAM
“2021-ci il 2020-ci ildən də dəhşətli olacaq” - Ekstrasens Zirəddin Rzayev
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Nazir Sahil Babayev keçmiş məhkumlara ayrılan pulu niyə gecikdirir?-Bəlkə, sələmə verir ?
Cavanşirin  Tağıyevin qəbir biznesi kürəkəninə verildi.. -Yolçəkən Aqibətin oğlu Bakı ŞİH-də hansı vəzifədə işləyir ?
AzTV-nin əməkdaşına VƏZİFƏ VERİLDİ
Qumarxana kimi fəaliyyət göstərən kafe aşkarlandı
Daşkəsəndə NƏ BAŞ VERİR? - QALMAQAL
Zirəddinin daha bir şok proqnozu doğruldu, digəri isə...
Azad Rəhimov  “Nizami”  Kino Mərkəzində prezentasiya keçirməyə hazırlaşır?- Ramiz Mehdiyevin başına gələnlər Rəhimova dərs olmayıb ?
Eldar Mahmudov generalın qətlinin üstünü niyə açmadı? - Səs-küylü sui-qəsddən 12 il ötür...
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
Səni də eyni aqibət  gözləyir, Ağabəy Əsgərov-AZƏRBAYCAN NƏŞRİYYATINDA ƏLİ HƏSƏNOV İZİ.....
Zirəddin Rzayev koronavirusda nələri dedi? - AÇIQLAMA
“Maddi sıxıntılarım olanda bankir bacanağıma zəng vururam”
Vado Korovin “Space“ TV-yə rəhbər təyin edilib? - ATV-dən gedib və...
“Təfəkkür”  universiteti  Zakir Qaralovdan sonra KİM-in ümidinə qalıb ?