“Kontakt Home”nin rəhbərliyi  Prezidentin tövsiyyəsini qulaqardına vurur...-  Deputat  Elnur Allahverdiyevin şirkətində “qara mühasibatlıq”
4-03-2021, 14:31
413

“Kontakt Home”nin rəhbərliyi Prezidentin tövsiyyəsini qulaqardına vurur...- Deputat Elnur Allahverdiyevin şirkətində “qara mühasibatlıq”

Azərbaycan bazarının  yetərli hissəsinə sahib olan  “Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. 
Təəssüf ki, şirkət  öz müştərilərinə  ciddi problemlər yaradır. Ötən yazımızda bu barədə geniş bəhs etdiyimiz üçün sadəcə həmin problemlərdən bir neçəsini yada salaq. 
Birincisi, şirkət telekanallarda “Faizsiz kredit” adı ilə özünü reklam edir, əslində vətəndaşları aldadır. Şirkətin müştərilərdən aldığı komissiya haqqı heç bir əndazəyə sığmır. Yəni bu ölçüdə komissiya haqqı heç bir şirkətdə yoxdur. 
İkincisi, şirkətdən keyfiyyətsiz mal  alanlar onu geri qaytara bilmir. Bu birbaşa istehlakçının hüququnun pozulmasıdır. Digər tərəfdən  müştəri şirkətdən aldığı  xarab telefonu nəinki geri qaytara bilmir, hətta şirkətin öz servisində  telefonu  təmir etdirmək üçün günlərlə növbə gözləyir və sonda  heç bir nəticə olmur. 
Üçüncüsü, şirkətdə “qara mühasibatlıq”  hökm sürür, bu cinayətdir, vergidən yayınmadır. 
Və daha nələr, nələr. 
Bugünkü  yazımız da bir  “Kontakt Home”  müştərisinin şikayət ərizəsi əsasında hazırlanıb. 
Şikayətçi Həsənov Zabil Əlövsət oğlu yazır ki, artıq bir ildən artıq bir müddətdir ki, koronovirus pandemiyası bütün dünyanı öz cənginə alıb: “Koronavirus  pandemiyası bütün dünya iqtisadiyyatına ziyan vurduğu kimi Azərbaycanda da öz mənfi təsirini göstərdi. Belə ki, ölkədə pandemiya şəraitini nəzərə alaraq ölkə ərazisində fəaliyyət göstərən bir çox kafe, restoran, çay evi, internet kulubları, əyləncə mərkəzləri, iri ticarət obyektləri və.s bağlandı. Qeyd edilən obyektlərin bağlanması isə bir çox vətəndaşlarımızın müvəqqəti də olsa işsiz qalması demək idi. Lakin ölkə prezidenti cənab İlham Əliyev pandemiya şəraitini nəzərə alaraq vətəndaşların yaşayış rifahının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsinə  göstəriş  verdi. 
Bununla yanaşı cənab İlham Əliyev banklara, kredit təşkilatlarına, mağaza şəbəkələrinə ( Baku Electronics, Kontakt Home, Soliton və.s) tövsiyyə xarakterli çağırışlar edərək bildirdi ki, pandemiya şəraitində krediti olan vətəndaşlara köməklik göstərilsin, müəyyən güzəştlər edilsin. Ən azından ödənişlərin gecikdirilməsinə görə cərimə faizləri hesablanmasın. Təbii ki, bütün bunlar tövsiyyə xarakteri daşıyırdı və buna  bir cox banklar, kredit təşkilatları, mağaza şəbəkələri ( Baku Electronics, Soliton və.s) əməl etdilər”. 
Şikayətçi sonra qeyd edir ki, çox təəssüf ki, “Kontakt Home”  mağazalar şəbəkəsinin  rəhbərliyi cənab prezident İlham Əliyevin bu tövsiyyələrinə əməl etməyib: 
 Mən  “Kontakt Home”  mağazalar şəbəkəsindən kredit yolu mobil telefon və aspirator almışam. Pandemiyadan əvvəl  kredit ödənişlərini hər ay vaxtında ödəmişəm. Pandemiya şəraitində müəyyən çətinliklərin olmasına baxmayaraq  yenə də müəyyən gecikmələrlə də olsa ödənişləri edirəm. Artıq kerditlərdən birini  tamamilə bağlamışam, digərində  isə 90 manat borcum qalıb. Lakin indi məlum olur ki, “Kontakt Home” şirkəti  gecikən günlər üçün cərimə faizləri hesablayıb və indi məndən  cərimə faizlərini tələb edir”. 
Redaksiyadan: 
Yəqin ki, bu halla rastlaşan tək bir müştəri deyil, yüzlərlə, bəlkə də minlərlədir. 
Üzümüzü, şirkətin sahibi, Milli Məclisin üzvü Elnur Allahverdiyevə tutub soruşuruq. 
Cənab deputat ! 
Birincisi, deputatın biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. 
Yaxşı, Azərbaycan reallığını nəzərə aldıq. Bəs siz niyə dövlət rəhbərinin tövsiyyələrini nəzərə almırsınız ? 
Axı, bütün dünya çalışır ki, əl-ələ verib pandemiya fəlakətindən qurtulsun. Siz isə müştərilərə dəstək olmaq əvəzinə, onlara əlavə cərimələr yazırsınız. Bilirsiniz bunun adı nədir ? Faizdən əlavə faiz tutmaq. Belə rüsvayçılıq heç bir yerdə yoxdur. Hətta Azərbaycanda  fəaliyyət göstərən xeyli şirkət cənab İlham Əliyevin tövsiyyələrini nəzərə alaraq müştərilərə dəstək olurlar. Siz isə deputat olduğunuz halda ali rəhbərliyin tövsiyyəsini qulaqardına vurusunuz. Bu sizə başucalığı gətirməz. 
Bir məsləhətimiz də odur ki, şirkətinizdəki  “qara mühasibatı” yığışdır. Bir gün “qara maskalılar”  qapını döyər, onda gec olar.

Oxşar xəbərlər

“Kontak Home” şirkətinin saxta  reklamları-İstehlakçı aldığı  keyfiyyətsiz malı niyə geri qaytara bilmir?
Qida Təhlükəsizliyi Dövlət Agentliyi niyə Veysəloğlu  şirkətinin məhsullarına nəzarət etmir ?
“Kontakt Home” güzəşt etmək fikrində deyil- Kreditlər ödənməlidir
Deputatın şirkəti NARAZILIQ YARADIR... - GİLEY
"Kontakt Home" haqqında gedən şikayətlərə görə məşhur Facebook qrupunu alıb - İDDİA
“Kontakt Home”, özünüz axmaqsız, elə bilirsiz…" - Müştəridən ETİRAZ
"Kontakt Home"dan "Müştəriyəm, şikayətim var" qrupunu alması iddiasına cavab: - "Gülərək qarşıladıq..."
“Kontakt Home”də MTN izi
"Kontakt Home"dan kompüter alanda diqqətli olun...... ŞİKAYƏT
Deputat Elnur Allahverdiyevin siyasətdə QARANLIQ KEÇMİŞİ və ŞÜBHƏLİ “KONTAKTLARI”...
Deputatın şirkəti NARAZILIQ YARADIR... - ETİRAZ
DMX-nin sözçüsü "Kontakt Home"-dan şikayətçidir
"Kontakt home"-la bağlı böyük qalmaqal: Şirkətə sanksiya tətbiq oluna bilər
“Kontakt Home”un sahibi  Elnur Allahverdiyev kimdir?-''KONTAKT HOME''dan bitməyən ŞİKAYƏTLƏR......
“Kontakt Home” müştərilərə güzəşt etmir:Vəba günlərində kindarlıq
"Kontakt Home"un rəhbəri olduğu deyilən deputat DANIŞDI
“Kontakt Home” müştəriləri necə aldadır?
"Xahiş edirəm mənə köməklik edəsiniz" - GİLEY
“Pulunu ver, itil cəhənnəmə” – “Kontakt Home”dan yağış kimi ŞİKAYƏTLƏR – FOTO
Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: - İTTİHAM
Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: fırıldaq, erməni izi, antiəliyevçilik…
ŞOK İDDİA! “Kontakt Home”un sahibi Elnur Allahverdiyev saxta səslərlə DEPUTAT SEÇİLİB
Deputat Elnur Allahverdiyev konsul işləyə-işləyə seçkiyə qatılıb? - İLGİNC FAKTLAR
Sahibkarlara dəymiş ziyanla bağlı AÇIQLAMA
Kontakt Home müştəriləri narazı salır - ŞİKAYƏT
Elnur Allahverdiyevin mandatı ləğv olunacaqmı? - FAKT ortadadır, amma...
Ağabəy Əsgərov göydən "Azərnəşr"in başına düşən yekə bir "ostroid"dir
"Kontakt Home"un zəmanəti heç bir işə yaramır" - REBRENDİNQ BELƏ KÖMƏK ETMƏDİ
Ermənilər azərbaycanlı əsir və girovların üzərində insanlığa sığmayan hərəkətlər ediblər
Ermənilərdən azərbaycanlı müğənniyə qarşı təxribat