Tibbi Sosial Ekspert Komissiyası əlil ailəsini niyə incidir ?  ​
16-03-2021, 17:26
443

Tibbi Sosial Ekspert Komissiyası əlil ailəsini niyə incidir ? ​

Nizami rayonu, C. Naxçıvanski küçəsi, ev 14,  mənzil 35 ünvanda yaşayan  İskəndərova Nigar Ağamirzə qızı  mətbuatdan və dövlət qurumlarından kömək istəyir. 
Onun müraciətini  olduğu kimi dərc edirik.  

Yazıb sizə bildirmək istəyirəm ki, oğlum İskəndərli Nicat Əşrəf oğlu anadangəlmə travma  ilə doğulub, ciddi psixoloji problemləri var. 
Dəfələrlə müalicə almasına baxmayaraq heç bir nəticə yoxdur. Oğlum əvvəlcə Nərimanov rayonunda yerləşən Psixoloji Sağlamlıq Mərkəzində, sonra isə 2 Nömrəli Klinik Psixotrik xəstəxanasında bu yaxın vaxta qədər müalicə alsa da, heç bir müsbət nəticə olmayıb. 
Nizami rayonunun Hərbi komissarlığı  oğluma xəstəliklə bağlı 2- ci kateqoriya verib, yəni oğlum nə hərbi, nə də dinc dövr üçün yararlı deyil. 
Oğlumun bu xəstəlikdən artıq görmə qabiliyyəti yəni sol gözü 20% , sağ gözü isə 40%  zəifləyib. Oğlumun həm də nitqi qüsurludur. Bu xəstəliyin müalicəsi olmadığı üçün 2 Nömrəli Psixotriya xəstəxanasından 2- ci qrup əlillik verirməsi barədə qərar verilmişdi. Amma VTK (Tibbi Sosial Ekspert Komissiyası) bu məsələyə biganə yanaşır,  yəni sözün əsl mənasında bizi incidir. Biz bütün qurumlara müraciət etmişik, yəni DOST  mərkəzində də olduq orda da dedilər ki, əlillik mütləq verirməlidir. Amma ortada heç bir nəticə yoxdur, sadəcə yola verirlər. 
Ailəmizdə  işləyən isə təkcə həyat yoldaşımdır. Onun da aldığı əmək haqqı 4 nəfərə  çatmır,  çünki oğlumdan başqa evdə yaşlı ürək xəstəsi atam var. Həmçinin özüm də Böyrək Diabeti xəstəsiyəm. Mən dövlətdən maddi yardım istəmirəm, sadəcə oğlumun haqqına düşəni tələb edirəm. Çünki  Allah eləməmiş valideynləri olmayanda heç olmasa ən azı öz dərmanlarını ala bilsin çünki bu dərmanlar olmasa onu idarə etmək çox çətindir. Sizdən bir  ana kimi xahiş edirəm bizim ailəyə kömək edəsiniz, qoy müvafiq  orqanlar bizimlə maraqlansın. 
Mən övladımı evdə tək qoyub gedə bilmirəm ki, birdən özünə xəsarət yetirər. 
Mətbuatdan xahiş edirəm ki, mənim müraciətimi ictimailəşdirin. Bəlkə bizə kömək edən tapıldı.
Bəlkə Sahil Babayev səsimizə səs verər....

Oxşar xəbərlər

Əsirlikdəki əsgərimizin anası danışdı: “Dedi Şuşaya gedirəm...”
Cahid Şahbazov həkimdir, yoxsa?.. - Çəkişmə...
Tanınmış həkim: “Karantinə ehtiyac yoxdur. Bu rəqəmlə oynamaqdır”
Zöhrə Abdullayevanın xəstəliyi bilindi: “Bu nadir xəstəlikdir” - VİDEO
Damla koronavirusa yoluxmağından danışdı: “Çox ağır günlər yaşadım“
Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? – SENSASİON İDDİA
“Səhiyyə sistemi çöküb, dərman sektorunda vəziyyət gərgindir” - Həkimdən koronavirus açıqlaması
“Azərbaycanlı olduğum üçün fəxr edirəm” - Tuğba Ekinci
Peşə təhsilimiz  bərbad gündədir- Təhsil Nazirliyi hara baxır ?
Ağabəy Əsgərov göydən "Azərnəşr"in başına düşən yekə bir "ostroid"dir
Bir sıra istiqamətlərdə ictimai nəqliyyatın hərəkəti dəyişdiriləcək
İcra başçısı bu məmurdan o qədər qorxur ki... - Xətaidə etiraz aksiyası
Azad Rəhimov  “Nizami”  Kino Mərkəzində prezentasiya keçirməyə hazırlaşır?- Ramiz Mehdiyevin başına gələnlər Rəhimova dərs olmayıb ?
Tofiq Yaqublunun hər an həyatını itirmək təhlükəsi var
“Sipark İnşaat” insanları evsiz qoyub, kirayə pullarını verməkdə də çətinlik çəkir - ŞİKAYƏT
Gədəbəy icra başçısının sərvətinə kim nəzarət edir- FAKTLAR
Anadangəlmə xəstəyə əlillik dərəcəsi niyə verilməyib? – ƏƏSMN-dən qəribə qərar
"MedEra"da əməliyyat olunan qız İFLİC OLDU - FOTO
“Dedi ki, ya bəraət verilməlidir, ya da öləcəm” – Tofiq Yaqublunun qızı
Bakıda daha bir avtobus zolağı istifadəyə verildi - FOTO
Bərdənin səhiyyə müdirinə şok ittiham – Koronavirusun yayılmasına səbəb olur
Daha bir marşrut xətti “BakuBus”a verildi - FOTO
Qənirə Paşayeva 200-ə yaxın vətəndaşımızın müraciətini dinləyib
“Kontakt Home”nin rəhbərliyi  Prezidentin tövsiyyəsini qulaqardına vurur...-  Deputat  Elnur Allahverdiyevin şirkətində “qara mühasibatlıq”
Bir gecədə 5 nəfəri maşın vurdu
Polislə gənc qadının bu görüntüləri gündəm oldu - Video
Erməni qüvvələrinin döyüş nizamı itib - Ukraynalı ekspert
"Toylara dərhal icazə verilməlidir, yoxsa..." - Həkim detalları açıqladı
Bakıda maşın piyadanı vurub öldürdü