Vüqar Səfərli ilə Müxalifət Partiyasının sponsoru Mehrac Babayevin işbirliyi- Mehrac Babayev niyə həbs olunmadı ?
18-03-2021, 13:35
266

Vüqar Səfərli ilə Müxalifət Partiyasının sponsoru Mehrac Babayevin işbirliyi- Mehrac Babayev niyə həbs olunmadı ?

Vüqar Səfərli, “Portos”un direktoru Nadir Məmmədov və... 

Bəs, milyonçu Mehrac Babayev və digərləri ...? 

Azərbaycan höküməti  media işçilərinin, jurnalistlərin həyat şəraitini yaxşılaşdırmaq, onların mənzil problemini həll etmək, eyni zamanda mətbuat vasitələrinin təminatını gücləndirmək üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna  (KİVDF) dövlət büdcəsindən son illər  kifayət qədər  vəsait  ayrılıb. 
Çox təəssüf ki, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və onun əməkdaşları bu vəsaiti əsasən  öz şəxsi məqsədləri üçün istifadə ediblər. 
Hətta jurnalistlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün dövlətin ayırdığı vəsaitlə inşa olunan binadakı mənzilləri öz yaxın adamlarına vermişlər. 
Digər tərəfdən  jurnalistlər üçün tikilən binanın inşa olunmasında kifayət qədər maliyyə maxinasiyaları olub. 
Yəni problem təkcə Vüqar Səfərli ilə bağlı  deyil. Ortada cinayətkar şəbəkə var. 
Buna görə də, vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla KİVDF-nin  sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru Vüqar  Səfərli  və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək  xüsusi ilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib,  işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə  “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusi ilə külli miqdarda pul vəsaitini mənimsəyib, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.
Yoxlamalar əsasən, jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də audit yoxlamalarına binanı inşa edən “Portos İnşaat” da cəlb edilib. 
Ən çox diqqəti cəlb edən  odur ki, Vüqar Səfərli ilə bu tikinti maxinasiyasında iştirak edən  “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayev və digərləri kimlərinsə əli ilə cəzadan uzaqlaşdırılır. 
Məlumat üçün qeyd edək ki, Mehrac Babayev  sabiq cəbhəçi deputat Fərəc Quliyevin və onun partiyasının sponsoru olub.

Növbəti yazımızda Mehrac Babayevin əməllərindən geniş bəhs edəcəyik.

Oxşar xəbərlər

Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
Vüqar Səfərli YAP-dan çıxarıldı
Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də HƏBS EDİLDİ
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
"Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
Vüqar Səfərlinin istintaqı çox müşfiqləri aparacaq-  KİVDF-nin üzvü Müşfiq Ələsgərli niyə məsuliyyətə cəlb olunmur ?
Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”
"Vüqar Səfərli İŞİ"ndə daha kimlərin başı ağrıya bilər... - ŞOK İDDİA
Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
Vüqar Səfərli Əli Həsənovu da özü ilə həbsə aparacaq? - İSTİ İZLƏRLƏ...
Vüqar Səfərli ilə birgə həbs olunan Nadir Məmmədov apelyasiya şikayəti verdi
Həbs olunan Vüqar Səfərlinin oğlu Gömrük Komitəsində İŞLƏYİR
Vüqar Səfərlidən ŞOK ADDIM: Oğurladığı pulların bir qismini qaytarıb
Əli Həsənov və əlaltıları həbs edilə bilər
Əli Həsənov daha bir media rıçaqını itirir
YAP həbs edilən sabiq məmurlarla vidalaşır: “Hamısı partiyadan çıxarılacaq!”
Vüqar Səfərlinin mənimsədiyi milyonlar...
Vüqar Səfərli ev dustaqlığına buraxılacaq? - Məhkəməyə müraciət edildi
Vüqar Səfərli apelyasiya şikayəti verməkdən imtina etdi
Vüqar Səfərli ilə bağlı QƏRAR VERİLDİ - ev dustaqlığına buraxılmadı
Vüqar Səfərlinin məhkəməsi təxirə salındı
Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs Əhməd İsmayılov NƏ ECƏCƏK?
Prokurorluqdan Vüqar Səfərlinin cinayət əməli ilə bağlı YENİ AÇIQLAMA
“Korrupsioner məmurların əmlakları müsadirə olunmalıdır” - Partiya sədri
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
“Vüqar Səfərli ilə birlikdə Əli Həsənova da cinayət işi açılmalıdır” - AÇIQLAMA
Vüqar Səfərli həbs olundu – RƏSMİ AÇIQLAMA
Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov? - Əgər belə davam edərsə...
“Jurnalistlərin binası” ilə bağlı araşdırma başlandı