”Avromed”in sahibi, DEPUTAT Cavanşir Feyziyevin MASKA MANAPOLİYASI-Tərcüməçi, dərman taciri, deputat, filosof...
23-03-2021, 16:00
662

”Avromed”in sahibi, DEPUTAT Cavanşir Feyziyevin MASKA MANAPOLİYASI-Tərcüməçi, dərman taciri, deputat, filosof...

42 yaşında  aspiranturaya girən Cavanşir Feyziyev

Onunla bağlı xırda bir araşdırma zamanı bəlli oldu ki,  Cavanşir Feyziyev 22 yaşında, yəni tay-tuşları universiteti bitirb iş başında olanda o, hələ 1-ci kursa daxil olub. 
Oxumaq, öyrənmək  heç bir zaman gec deyil, amma axı niyə, Cavanşir müəllim, tay-tuşlarından nə az, nə çox düz 5 il geri qalıb. 
Düzdür, sonra Cavanşir  Feyziyev  arxadan “razqom”  götürüb və tay-tuşlarını çox geridə qoyub. 
Təxminən 30 yaşında tərcümə fakültəsini bitirən Cavanşir Feyziyev  dərman sahəsinə girişib . 
Vallah, adam heyrətə gəlir, tərcüməçi hara, dərman satmaq hara? 
Sonra Cavanşir müəllim qəlyan, siqaret, tütün məsələsinə girişib. Və bir müddət  Filip Morris şirkətində işləyib. 
Yazının bu yerində düşündüm ki, sabah desələr ki, kosmonavt Feyziyev  kosmosa uçur zərrəcə şübhəm olmaz. 
Sonra 42  yaşında  Feyziyev  aspiranturaya daxil olub, özü də  fəlsəfə üzrə.  
Yenə heyrət. Tərcüməçi, dərman satan, tütün, qəlyan və fəlsəfə. 
Allah qoymasa, Cavanşir müəllim  2010-cu ildə xalqın səsi ilə Şəkidən deputat seçilib. Və…
Bəli, Cavanşir müəllimin sahibi olduğu  “Avromed”  QSC-də maska alveri...
Deməli, bunlar xalq üçün fəlakət olan koronavirus  pandemiyasından,  daha doğrusu, maska  satmaqdan pul qazanırlar. Axı, dünyanın çox yerində maska pulsuz verilir, cənab deputat. 
Bəli, yayılan məlumatlara görə,  deputata  məxsus olduğu  deyilən  “Avromed”  QSC-nin baş direktoru  Əzizə Baxşıyevanın   həyat yoldaşı,  Bakıda  apteklər sahibi olan Riad Məmmədovun adı   koronavirus epidemiyası ilə bağlı tibbi maska qıtlığı yaranan ərəfədə ölkədən 1 milyondan çox maska çıxararkən  saxlanan şəxslərin  içərisindədir. 
Buna nə deyirsən, cənab Feyziyev ?

Oxşar xəbərlər

Deputat haqda ilginc iddialar... - Siqaret biznesini ələ keçiribmiş...
Cavanşir Feyziyevdən sabotaj: korona dərmanları “mafiya”nın cəngində… - SİYAHI
Azər Kərimli 12 deputata rəhbərlik edəcək
Spiker Sahibə Qafarova daha bir vəzifəyə seçildi
Flora Kərimova həmkarı ilə barışdı - Video
Cəbrayıl Xanlarovdan ÖZBAŞINA QƏRARLAR... - İLGİNC FAKT
Səfər Mehdiyev deputata savaş açır..
Bakıda dəhşətli faciə: 19 yaşlı oğlan atasını qətlə yetirdi
Məmur qardaşı Beliz adalarında şirkət açıb - FAKT
“Niyaməddin Musayevi Gəncədə bıçaqlamışdılar“ - Aygün Kazımova + Video
Cavanşirin  Tağıyevin qəbir biznesi kürəkəninə verildi.. -Yolçəkən Aqibətin oğlu Bakı ŞİH-də hansı vəzifədə işləyir ?
“Yeni nazirimiz deyib ki, fonoqram oxuyanlara niyə fəxri ad verirsiz..?”
Vasif Talıbova ağır itki üz verdi
Azərbaycanda bu il evlənənlər - 94 yaşında ailə qurdu
Dostluq qruplarına rəhbərlik edəcək deputatlar - TAM SİYAHI
İngiltərədə ORANGE OYS LTD şirkətini təsis edən məmur kimdir? - FOTOLAR
Bakıda 50 yaşlı kişi qətlə YETİRİLDİ
Tovuzun MƏMMƏDLİ GÜNLƏRİ... - GİLEY
Satışa çıxarılan dərman paketi bu şirkətə məxsus imiş - TƏBİB-dən AÇIQLAMA
Külli miqdarda dərman preparatları aşkarlandı - FOTOLAR
“İkiarvadlılıq pis deyil, amma xanımıma yaxşı baxmışam”
Dəhşət: 8 yaşlı uşaq 3 nəfəri öldürüb
Əməkdar artist Almaz Mustafayeva vəfat etdi
Şuşanın yeni rəisi Akif Əlinin oğludur
Oqtay Əsədovun təzyiqlərindən qaçıb London meri vəzifəsinə namizəd olan azərbaycanlı - FOTO
28 il sonra anasının qəbrini ziyarət etdi - Hər kəsi kövrəldən görüntü (VİDEO)
Vasif Talıbovdan yeni təyinat