İsmət Abbasovun “parol”u və büdcədən oğurladığı milyonlar- Sabiq nazir Hacı İsmətin şərab zavodu...
6-04-2021, 14:05
169

İsmət Abbasovun “parol”u və büdcədən oğurladığı milyonlar- Sabiq nazir Hacı İsmətin şərab zavodu...

Sabiq nazirin  Afrikada brilyant biznesi 

Uzun illər müxtəlif  şərab zavodlarında, tütün kombinatlarında rəhbər vəzifələrdə çalışan  İsmət Abbasov 1997-2004-cü illərdə  Kənd Təsərrüfatı nazirinin 1-ci müavini, 2004-cü ildən 2013-cü ilə kimi isə Kənd Təsərrüfatı naziri olmuşdur. Onun qədər Azərbaycan tarixində aqrar sahəyə ziyan vuran, hətta məhv edən ikinci vəzifəli şəxs olmamışdır.
Dəfələrlə Prezident İlham Əliyev cənabları  qeyri-neft sektorunun inkişafının çox vacib olduğunu, aqrar sahənin inkişafının önəmli olduğunu dönə-dönə vurğulayıb və  büdcədən aqrar  sahənin inkişafı üçün külli miqdarda vəsait ayırıb. 
Ancaq təəssüf ki, İsmət Abbasov kimi nazirlər bu pulları mənimsəyiblər. Təksə fermerlərə, sahibkarlara ayrılan 100 milyonlarla subsidiyanın böyük hissəsini İsmət Abbasov və yaxın ətrafı oğurlayıb. 
Bu gün həmin pullar Londonda sabiq nazirin oğlu Yunus Abbasovun şirkətlərinin hesabındadır. 1985 təvəllüdlü  bu  cavan oğlan görəsən bu 100 milyonları necə qazanıb, Londondakı ən bahalı mülkləri hansı pulla alıb ? 
Bu gün Avropanın bir çox şəhərlərində İsmət Abbasovun dövlətdən oğurladığı pulların dövr etdiyi biznes qurumları var. 
Təkcə birini qeyd edək. Təsəvvür edirsiniz  İsmət Abbasov əvvəllər Afrikadan briliyant  gətirirdi. Sonra bəzi generallar ilə sövdələşib Afrikada briliyant biznesi qurdu. Və bugün də həmin biznes davam edir. 


İsmət Abbasovla bağlı daha bir rüsvayçı detal. 


Deməli, İsmət Abbasov onun yanına iş üçün gələnlərə telefonda “parol” deyirmiş: Saat neçədə gələ bilərsən..? Bizim vaxtla olmasın ha...
İsmət Abbasov bizim vaxtla, yəni manatla rüşvət almırdı, ancaq ABŞ vaxtı ilə, yəni dollarla rüşvət alırdı. 
Bax  bu rüsvayçı nazir sonuncu müsahibəsində nə desə yaxşıdır:
 Koronavirus pandemiyası Allahın insanlara imtahanıdır:
Hazirda namaz qılıram, ibadət edirəm.Özüm həmçinin Həcc ziyarətində də olmuşam. Allaha inanmaq lazımdır. Görürsünüz bu gün dünyanı koronavirus bürüyüb. O qədər əyri-əskik işlər oldu ki, bunlar onun nəticəsidir. Bu gün varlı da, kasıb da evə sığınıb.Varlıların pulu da onların köməyinə çatmır. Elə imkanlı şəxslər, nazirlər var ki, imkanları olduğu halda xaricə gedib, özlərini müalicə etdirə bilmirlər.
Buna deyən yoxdur ki, Allah sənin kimilərin namazını, duasını qəbul etmir. Sizlər dövlətin milyonlarını talamısınız. 
Aqrolizinq adı ilə neçə yüz milyon talamısan, cənab Abbasov ? 
Prezident o pulları ayırmışdı ki, sahibkarlara texnika alınsın, aqrar sahə inkişaf etdirilsin, yeni iş yerləri açılsın və s. Amma sən neylədin ? O pullar indi hansı radikal dini sektaya xərclənir?
Deyirsən, Həcc ziyarətində olmuşam. İndi sənin 1 saylı Şərab zavodunu necə ələ keçirməyini yazaqmı, Həci İsmət Abbasov..?
Həci hara, Şərab zavodu hara ? 
Bəlkə bir neçə il əvvəl Ermənistandan necə məzar köçürməyini yazaq ?
İsmət Abbasovla bağlı araşdırmamız davam edir.

Oxşar xəbərlər

Müzamil Abdullayev  Ulu Öndəri minnətdarlıq hissi ilə xatırlayır- Sabiq nazir  dövlətə, dövlətçiliyə bağlı şəxsiyyətdir
Əli Əsədov türkiyəli naziri qəbul etdi
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
“Dizel işi”ndə ittiham olunan sabiq nazir öldü
İnam Kərimov Göyçayda videokonfrans keçirdi
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
Ərdoğan Azərbaycana gələcək
Həbs xəbəri yayılan Abbas Abbasovun oğlu danışdı
Baş nazirin sabiq birinci müavini Abbas Abbsov saxlanıldı
Sabiq nazir dəm qazından boğularaq öldü
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
KTN-də Heydər Əsədov ab-havası... - İTTİHAM
Ermənistanı çörək qıtlığı və bahalaşma gözləyir - Erməni nazir
Azərbaycanla Çin müştərək aqrar-sənaye kompleksi yaradacaq
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir
İnam Kərimov Fermerlər Şurasını topladı
Nazirlərin “sarsılmaz” “QUDALIQ MODELİ” - “Araşdırmaq lazımdır, bəlkə...”
Mülklərini satışa çıxaran eks-nazirin ŞOK SƏRVƏTİ - İLGİNC SİYAHI
Səlim Müslümovdan sonra: Növbə kimindir? - Siyahı
Aqrar Universitetinin rektoru  DSK sədri olanda katibəsi nə üçün intihar etdi ?  - Məmur-müəllimlərin  maaşını kim alır, cənab rektor İbrahim Cəfərov ?
İnam Kərimov etimadı doğrulda bilmədi... - FAKT BUDUR...
"Kənd təsərrüfatında gənc kadrlar yetişməlidir" - deputat
Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR
Azərbaycanda qarğıdalı sahələrinin dərmanlanmasında dronlar işə salındı
Daha bir sabiq nazir HƏBS EDİLDİ
Həbs sırası ona da çatdı
Heydər Əsədov kirvəsinin həbsindən qorxuya düşüb - İLGİNC İDDİALAR...
Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri AÇIQLANDI – Moskvada...
Prezident Türkiyənin kənd təsərrüfatı və meşə nazirini qəbul etdi
Azərbaycanda aqrar məhsulların qıtlığı yarana bilər - “İdxalın həcmi azalarsa...”