3 ili tamam olan nazir İnam Kərimov bu müddətdə aqrar sahədə heç bir ciddi addım ata bilmədi- İnam Kərimovun ailəsinə Əli İnsanovun maddi-mənəvi dəstəyi çox olub...
14-04-2021, 12:27
548

3 ili tamam olan nazir İnam Kərimov bu müddətdə aqrar sahədə heç bir ciddi addım ata bilmədi- İnam Kərimovun ailəsinə Əli İnsanovun maddi-mənəvi dəstəyi çox olub...

Düz 1 həftədən sonra İnam Kərimovun Kənd Təsərrüfatı naziri təyin olunmasının 3 ili tamam olur. 
3 il heç də az müddət deyil. 
Ona görə də bu adam  cəmiyyətə və üzv olduğu siyasi komandaya konkret olaraq hesabat verməli idi. Görək, 3 il müddətində bu adam nə iş görüb ?
Aqrar  sahədə hansı uğura imza atıb ? 
Son 3 ildə hansı problemləri aradan qaldırıb ?
Axı, dövlət başçısı İlham Əliyev cənabları neçə ildir dönə-dönə vurğulayır ki, post-neft dövrünə hazır olmalıyıq, neft bir gün azalacaq və s. Axı, bir neçə il əvvəl bütün dünyanın gözü qarşısında  neftin qiyməti 112 dollardan 15-20 dollara düşdü. Bu gün də neftin qiyməti böhran keçirir. 
Sözün qısası, biz dövlət büdcəsini təkcə neftdən asılı edə bilmərik. Bütün bunları nəzərə alan cənab İlham Əliyev ciddi islahatlara getməyə, Avropada oxumuş gənc kadrları irəli çəkməyə üstünlük verdi. 
Az vaxtda bir neçə nazirliyə gənc kadrlar gətirildi. Onlardan biri də İnam Kərimov idi. 
Cəmiyyət bu təyinatı bəh-bəhlə qarşıladı, hamımız sevindik ki, nəhayət bizdə də müasir tələblərə cavab verən nazirlər, komitə sədrləri formalaşır. Amma nə gördük. 
İnam Kərimov da öz sələfləri kimi nazirliyin fermerlərə verdiyi texnika, avadanlıqlar, gübrə, toxum və s  barədə hesabat vermir. Sahibkarlara  dövlət tərəfindən verilən milyonluq subsidiyaların hesabını verən yoxdur. Kimlərə verilir, necə verilir, o subsidiyalar özünü doğruldurmu ? 
İnam Kərimov özündən əvvəlki rəhbərliyin zamanında mənimsənilən 100 milyonlarla subsidiya  barədə niyə səsini çıxarmadı ? 
İnam Kərimov hərdən rayonlara gedib quzu ilə, çobanla şəkil çəkdirmək, yaxud sapoqla tarlada gəzmək, fındıq kolu əkməklə heç nəyə nail olmaq olmaz. 
Avropada oxumaq hələ yaxşı kənd təsərrüfatı bilicisi olmaq deyil e. 
Bir problem də var. Avropada oxuyub gələn nazir olan kimi uzun illər yetişmiş mütəxəssisləri çıxardıb öz dost-aşnasını vəzifələrə təyin edir.
Bu islahat deyil, cənablar ! 
Biz İnam Kərimovun başqa məsələlərinə toxunmaq istəmirik. 
Axı, İnam Kərimov süddən çıxmış ağ qaşıq deyil e. 
Keçmiş səhiyyə naziri, sonra məhkum həyatı yaşayan, hazırda radikal müxalifətə  “sarvanbaşı” olan Əli İnsanovun birbaşa dəstəyi və himayəsi ilə təhsil alan, özünə karyera quran  İnam Kərimov unudur ki, Əli İnsanov onların ailəsinə çox doğma olub. 
Bəli, İnam Kərimovun dost-doğma  əmisi Sərdar Kərimov Əli İnsanovun ən yaxın dostlarından olub. Əli İnsanov səhiyyə naziri təyin olunanda  Sərdar Kərimovu nazirliyə gətirir və bir müddətdən sonra ona özünün birinci müavini vəzifəsini həvalə edir. 1999-cu ildən ömrünün sonuna qədər nazirin I müavini işləyən Sərdar Kərimovun gənc yaşda vəfatından sonra belə, yaxın dostunun kabinetini heç kimə verməyən Əli İnsanovun Kərimovlar ailəsinin yüksəlməsində mühüm rolu, maddi və mənəvi dəstəyi  olub. 
Biz əlbəttə, nazir  İnam Kərimovu keçmişinə görə topa tutmuruq. 
Ancaq gənc kadrlar da Prezidentin və cəmiyyətin onlara göstərdiyi etimadı doğrultmağa çalışmalıdırlar. Ya da ləyaqətlə istefa verib getməlidirlər. Başqa yol yoxdur.

Oxşar xəbərlər

Sarbonna təhsilli İnam Kərimovun nazirliyində korrupsiyada “məhsuldarlıq” - Yarımadıq...
İnam Kərimov Fermerlər Şurasını topladı
İnam Kərimov Göyçayda videokonfrans keçirdi
KTN bu gün başdan-başa korrupsiyalaşıb... - İnam Kərimov büdcə pullarını DAĞIDIR
Prezidentdən neftin qiyməti ilə bağlı AÇIQLAMA
Neft ucuzlaşır... - SƏBƏB
Prezidentdən rüşvətxor məmurlara xəbərdarlıq: “Buna son qoyulmalıdır”
İnam Kərimovun qardaşı vəzifəsindən azad edildi - vəzifədən ayrılması xəbəri gizli qalsa da...
Ticarətçi Heydər Əsədov hara, Dəniz Akademiyası hara ?- Keçmiş  nazir niyə həbs olunmur ?
Azərbaycanda benzin niyə ucuzlaşmır? - EKSPERT AÇIQLAYIR
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
KTN-də Heydər Əsədov ab-havası... - İTTİHAM
Neft erası başa çatır: “Azərbaycan üçün çətin dönəm…” - TƏHLİL
İnam Kərimov etimadı doğrulda bilmədi... - FAKT BUDUR...
Azərbaycan neftinin qiyməti 56 dollara çatır
Beyləqanlı fermerdən İnam Kərimova İSTEFA ÇAĞIRIŞI... - "Əgər bir direktorun öhdəsindən gələ bilmirsinizsə..."
Azərbaycanda qarğıdalı sahələrinin dərmanlanmasında dronlar işə salındı
“Brent” markalı neft bahalaşdı
Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları... - İnam Kərimovu necə gözdən salmaq istəyiblər?
İnam Kərimovun daha bir fırıldağı İFŞA OLUNDU - FAKTLAR...
Azərbaycan neftinin qiyməti 36 dollara çatdı
Azərbaycan nefti kəskin ucuzlaşdı
SOCAR  ölkədə  yanacaq  monopoliyası  yaradır-ARAŞDIRMA
İlham Əliyev onu mədəniyyət naziri TƏYİN ETDİ - SƏRƏNCAM
Azərbaycanda institut direktoru vəfat etdi
İsmət Abbasovun “parol”u və büdcədən oğurladığı milyonlar- Sabiq nazir Hacı İsmətin şərab zavodu...
Azərbaycan nefti 31 dollara qədər ucuzlaşıb
Əli Əsədov türkiyəli naziri qəbul etdi
“Brent” markalı neftin qiyməti 42 dolları keçib - SON DURUM
İnam Kərimovla Mikayıl Cabbarovun köhnələrdən fərqi... - HƏLƏ Kİ GÖRÜNMÜR!