Veysəloğlunun  “Oba”sında qiymət  fırıldağı- Vitrindəki  qiymətlə kassada hesablanan məbləğ arasındakı fərq kimin cibinə gedir ?
15-04-2021, 16:45
634

Veysəloğlunun “Oba”sında qiymət fırıldağı- Vitrindəki qiymətlə kassada hesablanan məbləğ arasındakı fərq kimin cibinə gedir ?

Müddəti keçmiş məhsulların  tozunu alan yoxdur...

1994-cü ildən  fəaliyyət  göstərən, ölkəyə qida məhsulları idxal edən Veysəloğlu  şirkətlər qrupu  sonradan  özü istehsala başladı. Ulduz şokolad  fabriki, Araz, Oba, Spar  marketlər  şəbəkəsi də Veysəloğlu MMC-yə məxsusdur. 
Yəni az qala  30 ilə yaxın fəaliyyət göstərən Veysəloğlu MMC bu illər ərzində nə keyfiyyətli qida istehsal edə bildi, nə də normal xidmət mədəniyyəti yarada bildi. 
Təsəvvür edirsiniz, hər gün müştərisi olduğumuz  Oba  marketdə  qida məhsullarının tozu alınmır. Vitrində sıralanmış mineral suların qablarını toz basıb. Dəfələrlə irad bildirməyimizə baxmayaraq müştərini eşidən yoxdur.
Digər  ciddi məsələ Oba-da balıq və konserv məhsullarının vaxtının keçməsidir.  Müştəri  tələb edəndə  satıcılar məhsulların konkret yararlılıq  müddətini göstərə bilmir. 
Bütün bunlar azmış kimi  vitrindəki qiymətlərlə  kassada hesablanan qiymətlər  arasında xeyli fərq yaranır. 
Alıcı cibindəki məbləğə uyğun məhsulları götürüb kassaya yaxınlaşır, satıcı isə elə məbləğ deyir ki, alıcı  aldığını  geri qaytarmağa məcbur olur. Və satıcı deyir ki, qiymətlər dəyişib. Əgər dəyişibsə, niyə vitrində bu görünmür ? 
Bir sözlə,  Oba Araz marketlər şəbəkəsində fırıldaq baş alıb gedir. 
Görəsən qida məhsullarının keyfiyyətinə  Qida Təhlükəsizlik Agentliyi niyə  nəzarət etmir ? 
Digər tərəfdən az qala ölkəni əhatə edən Veysəloğlunun topdan satış və pərakəndə satış şəbəkəsinə Vergilər Nazirliyi niyə göz yumur ? 
Açıq-aşkar görünür ki, bu şəbəkədə ciddi vergidən yayınma var. 
Digər tərəfdən şirkətin gömrük rüsumlarını necə ödəməsi də  ciddi sual altındadır.  
Veysəloğluna məxsus marketlər şəbəkəsində ciddi problemlərdən biri də işçilərin əmək müqaviləsi olmadan işləməsidir. Bu ciddi qanun pozuntusudur. 
Bəzən deyirlər ki, guya marketlərdə baş verənlərdən şirkətin rəhbərliyinin xəbəri yoxdur. 
Bu tamamilə absurd fikirdir. Şirkətdə baş  verən bütün fırıldaq və qanunsuzluqlardan Veysəloğlunun rəhbərliyinin xəbəri var. Ancaq şirkət ölkə rəhbərliyinin tapşırıqlarına baxmayaraq süni qiymət artımı yaradır. Bu da əhalinin ciddi narazılığına səbəb olur.

Oxşar xəbərlər

Məzən olsun, Veysəloğlu – 1 ədəd narın qiyməti 1m 35 qəpik
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
“Oba” market malların istehsal tarixlərini dəyişirmiş – AQTA rəsmən açıqladı
"Veysəloğlu”nun idxal etdiyi toyuq qiyməsi yararsız çıxdı
"Veysəloğlu"nun şirniyyatı təhlükəlidir... - FOTOFAKT
"Araz" supermarketlər şəbəkəsində qiymət fırıldağı... - FOTOFAKT
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə
''Veysəloğlu''-nun Spar marketi müştəriləri belə aldadır-FOTOFAKT
Bazarda köhnə ərzaq İDDİASI: - “Tarixini dəyişib yenidən satırlar”
AQTA quşçuluq məhsullarının satışı ilə sahibkarlara müraciət etdi
Qanunsuz işləyən qənnadı müəssisəsi aşkarlandı
Abşeronda qanunsuz fəaliyyət göstərən bal emalı sahəsi aşkarlandı - FOTO
Rəflərdən yığışdırılan “Johnson & Johnson” məhsulları - Böyük marketlər boykot edir
Bu qidalar sizi koronavirusdan qoruyur
Dövlət agentliyindən broyler sahiblərinə XƏBƏRDARLIQ
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
Abşeronda kolbasa və sosiska sexinin fəaliyyəti dayandırıldı
"Azərsun”, “Veysəloğlu” kimi monopolist şirkətlər qiymətləri hər gün artırırlar - Bəs bu duruma hökümət niyə səssiz qalır?..
Qida Təhlükəsizliyi Dövlət Agentliyi niyə Veysəloğlu  şirkətinin məhsullarına nəzarət etmir ?
Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
"Azərsun"da halal biznes adı altında haram məhsullar istehsal olunur… - İTTİHAM
Quş ətinin idxalına məhdudiyyət: Yoluxma qeydə alınıb?
"Holcim"in rəhbərliyi ilə bağlı ilginc iddialar... - "Gözün üstündə qaşın var" deyən yoxdur...
Həftə sonları bu sahələr işləyəcək
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı
Ərzaq və kənd təsərrüfatı məhsulları bahalaşacaq - Gözlənti
Bazarlarda mənşəyi məlum olmayan ət, iylənmiş balıq, göyərmiş şor satılır- Yediklərimizə isə  Qoşqar Təhməzli və Seymur Mövlayev nəzarət edir...
“Al Market”in Azərbaycana gətirdiyi ədviyyatda kif göbələyi aşkarlandı
Daha bir mağazada nöqsanlar aşkarlandı