İki  baş  həkim  getdi “qazamata“- İndi səni deyirlər, Kəmaləddin  Qafarov
23-04-2021, 13:30
356

İki baş həkim getdi “qazamata“- İndi səni deyirlər, Kəmaləddin Qafarov

Son bir  ildə rüşvət və korrupsiyaya görə həbs olunanlar arasında icra başçıları üstünlük təşkil edirdi. 
Son həbslər isə onu göstərir ki, artıq  səhiyyə sahəsindəki problemlər  ölkə rəhbərliyinin  birbaşa diqqət mərkəzindədir. 
Söhbət 1 gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həbs etdiyi  “Yeni klinika”nın direktoru Pərviz AbbasovFHN-nin Zığ qəsəbəsindəki Modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevdən gedir. 
Həqiqətən də ölkə rəhbərliyi səhiyyə sahəsindəki problemləri aradan qaldırmaq üçün TƏBİB yaradır, müasir tələblərə cavab verən xəstəxanalar qurulur, müasir  tibb avadanlıqları alınır,  səhiyyə sisteminə milyonlar xərclənir. Amma nəticə yoxdur. 
Ona görə də ölkə rəhbərliyi səhiyyə sistemini  “qara yaralar”dan təmizləmək üçün “əməliyyat”  keçirməyə məcbur olur. 
Həqiqətən də ölkədə və dünyada koronavirus adlı fəlakətlə mübarizə aparmaq üçün əməlli-başlı  “müharibə” gedir, amma səhiyyəmizin  “generalı” Oqtay Şirəliyev  qeybə çəkilib, TƏBİB öz işinin öhdəsindən gəlmir, xəstəxanalarda rüşvət ərşə dirənib. Hər gün nə qədər insan virusdan ölür. İnsanlarda ümidsizlik, çarəsizlik baş alıb gedir. 
Belə bir dəhşətli  vaxtda  xəstəxananın direktoru  Pərviz Abbasov koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün hər xəstənin yaxınlarından  3000-3500 manat məbləğində rüşvət alır. 
Xəstələr yaşamaq uğrunda çırpışır, ölümlə mübarizə aparır, həkim isə 3500 manat pul tələb edir. Axı, bu xəstəxana dövlətindir, dövlət sizə maaş verir, dərmanları verir. Bura sənin dədənin deyil e, Pərviz Abbasov. 
Belə həkimlərin bəxti onda gətirib ki, Stalinin dövründə olmayıblar. Yoxsa belə baş həkimləri  kollektivin gözü qarşısında küçə iti kimi güllələyərdilər. 

Digər həbs olunan baş həkim - Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğludur. O da həmkarı kimi koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə rüşvət alıb. 
Doğrudan da çox dəhşətli məsələdir. İnsan aman diləyir, ölüm ayağındadır, həkim isə  rüşvət tələb edir. Bunun üçün həkim nə qədər şərəfsiz, əclaf, faşist olmalıdır. Adam söz də tapmır. 
Görəsən bütün bunlar Kəmaləddin Qafarova dərs olacaqmı ? 
Söhbət  Milli Onkologiya Mərkəzinin ( MOM ) direktor müavini,  səhiyyəmizin “xərçəngi”, “qara yarası”, “bədxassəli şişi” adını qazanmış,  Milli Məclisin üzvü Kəmaləddin Qafarovdan gedir. Keçmişi üzümçü-tərəvəzçi olan bu adam  səhiyyə sisteminə haradan gəlib düşüb ? 
Tibb təhsili olmayan bu adam ölkənin ən böyük tibb ocaqlarından birinə necə rəhbərlik edir ? 
Bu adam üçün  onkoloji xəstə ancaq pul deməkdir. Onkoloji xəstədən ilk müraciət  zamanı  500 manata yaxın pul alırlar. Sonra kimyaterapiya üçün  300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, sonra...ehh…
Bu adam “AzəriMed” şirkətinin sahibidir. 
Onkologiya Mərkəzi isə bu adamın şirkətindən 43 milyon manat dəyərində mal alır. 
Satan Kəmaləddin, alan Kəmaləddin. Bir məsələ var deyir?
Alan razı, Satan razı, Nəyə lazım qazı…
Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq müqavilə imzalayıb.
2018-ci ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.
Kəmaləddin Qafarov  “Zəfəran”  apteklər  şəbəkəsinin sahibidir. 
Bunlara qane olmayan Qafarovlar ailəsi həm də  “VERSAL PALACE”  MTK-ya  sahibdir, Ağ Şəhərdə  binalar tikir. Qafarovun xeyli biznesini  yaxın qohumu Canilya Qafarova idarə edir.  “Versal Palace”  Elmira Məmmədovanın adınadır. Kimliyini müəyyən edə bilmədik.
Bütün bunlara sahib olan, hələ üstəlik deputat olan Kəmaləddin Qafarov Allahın etmədiyi zülmü  xərçəng xəstələrinə edir. 
Yəqin ki, yaxın günlərdə  Kəmaləddin Qafarovu da həmkarlarının yanına apararlar. Bir mahnıda deyilən kimi, “Səni deyirlər”, Kəmaləddin Qafarov...


Oxşar xəbərlər

"Yeni Klinika" və Modul Tipli Xəstəxananın rəhbərlərinin həbs görüntüləri yayıldı - VİDEO
TƏBİB rəhbəri bu cinayətlərdən xəbərsiz ola bilərdimi? - İLGİNC GƏLİŞMƏ
Həbs edilən baş həkimin yerinə təyinat olub?
Sabirabad Şəhər Poliklinkasında nə baş verir? - Ekspert Komissiyalarına kimlər və necə seçilir?
İkibaşlı səhiyyədə korrupsiya hansı qurumdan qaynaqlanır... - GƏLİŞMƏ
Həbs edilən 40 yaşlı direktorun DOSYESİ
FHN-in Modul Tipli Hospitalının baş həkimi həbs edildi - RƏSMİ
Qoca Oqtay Şirəliyevlə cavan Ramin Bayramlının nə fərqi ?-  “Semaşko”da koronavirusla bağlı  həkimlərin əlavə maaşı niyə kəsilib ?
“Bir ölkədə iki səhiyyə nazirliyi ola bilməz”...
Şəhid və qazilərimizin puluna göz dikən baş həkim - İTTİHAM
Səhiyyədəki həbslər TƏBİB rəhbərliyinə qədər UZANA BİLƏR... - “korona” şəbəkəsinin ifşası
“Yeni klinika”nın direktoru həbs edildi - FOTO
Həbs olunan daha bir icra başçısının oğlu müstəntiq təyin edildi
İranda “saxta tibb bacısı” əməliyyatı
Rüşvət üstündə həbs olunan baş həkimin şikayəti təmin edilmədi
Masallının baş həkimi HƏBS EDİLDİ
"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
Koronavirus da erməniləri məhv edir: Düşmən başını itirib
Bakının bu xəstəxanasında baş həkim dövlətin verdiyi dərmanları satır — VİDEO
Bura səhiyyə ocağı deyil, əsl bazardır... - GİLEY
Gəncədə Abbas Səhhət adına  xəstəxanada  rüşvət piramidası- Koronavirus  həkimlər üçün əsl  qazanc mənbəyidir.
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
‘Xəstə pul vermirsə ona baxmırlar’ - NARAZILIQ!
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Meyvə-tərəvəzçi, üzümçü və...onkoloq deputat Kəmaləddin Qafarov-ONKOLOGİYANIN BƏDXASSƏLİ “ŞİŞİ”
"Korrupsiyada təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq" - Kamran Əliyev
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Ən axsaq yerimiz səhiyyə sistemidir - NƏ VAXTA QƏDƏR...
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Oqtay Şirəliyev ölkənin koronavirusla bağlı vəziyyətindən DANIŞDI