Deputat  Ülvi  Quliyev indi də komitə sədri olmaq istəyir- Susmağı  sevən deputatın  biznesi Avropanı fəth edir
23-04-2021, 15:59
387

Deputat Ülvi Quliyev indi də komitə sədri olmaq istəyir- Susmağı sevən deputatın biznesi Avropanı fəth edir

İnsanın arzusu-istəyi-həvəsi  bitib tükənmək bilmir. Bu insanın təbiətindən irəli gəlir. Amma insan da  nəyin hara qədər mümkün olduğunu başa düşməlidir. Yoxsa qazandıqlarını da əlindən verə bilər. 
Dediklərimiz bu yazının qəhrəmanı deputat, biznesmen Ülvi Quliyevə də aiddir. 
Ülvi Quliyev bir insanın özünü realizə etməsi üçün lazım olan çox şeyi əldə edib. Amma yenə durmaq, dayanmaq istəmir. 
Bu adam qısa vaxtda aptekdə dərman satmaqdan, aptek müdirinə, adi aptek müdirindən, Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıq Baş İdarəsində Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin rəisi vəzifəsinədək yol keçib, polkovnikdir. General olmağına az qalıb. 
Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir,  Azərbaycan Respublikasının "Əməkdar İdman ustası", Azərbaycan Respublikasının "Əməkdar Məşqçisi"dir. 
Və günün birində cənab aptek müdiri, polkovnik Nəsimidən deputat olur. Ülvi Quliyev bunu belə əsasıandırır: “ Mən Nəsimi rayonunda orta məktəbi bitirmişəm”. 
Cənab Quliyev ! Nəsiimi rayonu ərazisində 10 minlərlə şəxs orta məktəbi bitirib. Bu deputat olmaq üçün əsas deyil, ay Ülvi müəllim. 

Yaxşı, zəlzələdən, ya vəlvələdən deputat oldun. 
Səni cəmiyyətimiz  susan deputatlardan hesab edir. Əlbəttə, biz demirik ki, bəzi deputatlar kimi nədən gəldi danış. Amma axı siz deputatsınız  və susmaq həmişə qızıl deyil. 
Amma siz öz susmağınıza az qala fəlsəfi don geydirirsiniz. Deyirsiniz ki, mən susmağı sevirəm, nə bilim, mən seçicilərimin sevincinə, kədərinə şərik oluram. 
Cənab deputat ! Sizin 1-ci işiniz parlamentdə danışmaqdır. Toylarda, vaylarda iştirak isə tam fərqli məsələdir. 
Yaxşı,  deputat da oldun, hətta müxtəlif dairələrdən. Yenə dayanmaq istəmirsən. Yazılanlara görə, Nərimanovun icra başçısı olmaq istəyirsən. Hətta deyilənə görə, dostların yanında giley-güzar edirsən ki, nazirlər, komitə sədrləri məndən artıqdır?
Cənab deputat ! Biznesinin coğrafiyası Avropanı fəth edib. Müharibədə iştirak etməyən gənc oğlun   Orxan Quluzadə Londonda mülklərə sahibdir. Britaniya krallığında 5 mülkə sahibdir: 
1.LONDON, SQUİRES LANE 124 (565 min funt sterlinq) 
2.LONDON, SELLİNCOURT ROAD 149 (425 min funt sterlinq) 
3.LONDON, SELLİNCOURT ROAD 151 (500 min funt sterlinq) 
4.LONDON yaxınlığında BARNET, MAYS LANE 20 (750 min funt sterlinq).
Və sonuncu mülk 
5.Londonda 600 min funt sterlinq..
Cəmi  6 milyon…

20  yaşlı gənc 6 milyonu  necə qazandı, Ülvi Quliyev ?

Əlbəttə, o boyda pul 20 yaşlı gəncin pulu deyil, Ülvi Quliyevin qazandıqlarının cüzi bir hissəsidir. 
Əlbəttə, deyə bilərsiniz ki, Rusiyadakı biznesiniz nə sizin, nə də oğlunuzun adına deyil, Aynur xanımın adınadır. 
Əlbəttə, çox şey deyə bilərsiniz, cənab deputat, çox şey. Amma. Bəli, indi susmağınızın yeri var. Susun, cənab deputat, vətən sevgisindən-zaddan danışmayın. Başınızı aşağı salın, işinizi görün.












Oxşar xəbərlər

Deputat  Ülvi  Quliyev dərman satmaqla milyonları necə qazanıb?-Deputat Nərimanova başçı gedir?-VİDEO
Dilqəm Quliyevə Prezidentin fərdi təqaüdü veriləcək
Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
Deputat Ülvi Quliyevin 3000 şəhidimiz yaşında oğlunun milyonluq villası - VİDEO və FOTOLAR
Ülvi Quliyevin oğlu Vətən müharibəsinə niyə getmədi ?- Deputat oğlunun  Avropadakı  topdağıtmaz biznesi
Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar
Oğlu müharibəyə getməyən deputat Ülvi Quliyev  NİTQ  söyləyir…-Vətən üçün kimlər ölümə getdi…
Ülvi Quliyevin vətən sevgisi quru divara palçıq vurmaqdır- Deputatın  biznesmen oğlu niyə orduda qulluq etməyib ?
Azərbaycan Ağsaqqallar Şurasının sədri: “Hüseynbala Mirələmovun yerinə utanıb xəcalət çəkirəm”
“Ona heç vaxt halallıq verməyəcəm“ - Əməkdar artist
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
Deputatla keçmiş rəqibi arasında qalmaqal: "Əlimdə faktlar var..."
Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid oldu
Ülvi Quliyevi bitirəcək iddia: deputatın siyasi mühacirətlə əlaqəsi, oğlunun müharibə macəraları – VİDEO
Deputat haqda ilginc iddialar... - Siqaret biznesini ələ keçiribmiş...
”Avromed”in sahibi, DEPUTAT Cavanşir Feyziyevin MASKA MANAPOLİYASI-Tərcüməçi, dərman taciri, deputat, filosof...
Əliyevdən azad olunan torpaqlarla bağlı mühüm sərəncam – Qərargah yaradıldı
“Şadlıq evlərində toy eləmək daha mümkün deyil”
Rafael Cəbrayılovun işi çətinləşir -  Keçmiş deputatın "qurbanları" Kamran Əliyevə müraciət edir
Deputatdan dərman çatışmazlığına ilginc reaksiya: “Adamlar alıb, evə doldurur…”
“Bütün günü ağlayırıq, gözümüzün yaşı qurumayıb, toy vaxtıdır?!“ - Əməkdar artist
Ülvi Mehdiyev: ""ASAN Xidmət"də 22 minə yaxın gənc könüllülük məktəbi keçib"
«Lider-N» MTK-nın rəhbəri Nazim Quliyev Anarı intihara məcbur edir
Yeni nazir Ermənistan mallarını Azərbaycan bazarına çıxarmaq istəyir
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
Deputat BNA-nın yazdığı böyük məbləğli cərimədən narazıdır
Rəsul Quliyevin Azərbaycana qayıtmaq istəyinə REAKSİYA
Elçin Quliyev istefaya göndərilən generala vəzifə verdi
Əli Nağıyev və Elçin Quliyev erməni həmkarları ilə görüşdülər - RƏSMİ
Deputat Fəttah Heydərovun yerinə keçmək istəyir - İDDİA