Səfər Mehdiyev adi kağızdan milyon qazanıb -  DGK  sədrinin  qaynı Zeynal Tarquliyevin bəyannamələri-MEXANİZM
26-04-2021, 15:09
264

Səfər Mehdiyev adi kağızdan milyon qazanıb - DGK sədrinin qaynı Zeynal Tarquliyevin bəyannamələri-MEXANİZM

Dəyəri  5-10 qəpik olan kağız parçası, yəni gömrük bəyannamələri iş adamlarına 210 manata satılırdı

 
Dövlət Gömrük Komitəsinin sədri  Səfər Mehdiyev hərdən korrupsiya  ilə mübarizədən-zaddan elə danışır ki, adam deməyə söz tapmır. 
Adama deyərlər ki, neçə illər  DGK-da idarə rəis sədrinn 1-ci müavini olmusan. 
Sən bu korrupsiyanı görmürdün ? 
İndi də  cənab Səfər Mehdiyev  DGK-da aparılan islahatlardan, modern idarəetmədən-filandan danışır. 
İş adamları, biznesmenlər hər gün redaksiyamıza zəng edərək, qarşılaşdıqları problemləri danışanda məəttəl qalırıq. 
Şəxsi istifadə  üçün ölkəyə avtomobil gətirənlərin üzləşdiyi problemləri yazsaq, gərək onda DGK sədrini başqa cəza gözləyə. 
Təsəvvür edirsiniz,  avtomobil gətirən şəxs əməkdaşımıza danışır: “ Bizi DGK əməkdaşları qarşılayırlar. “Rastamoşka” üçün elə rəqəm deyirlər, məəttəl qalırıq. Sonra qiyməti aşağı salırlar. Və beləcə bazarlıq davam edir”.
Adama deyərlər, avtomobilin idxalı üçün konkret dövlət rüsumu var, sən necə bunu aşağı sala bilərsən, necə alver edə bilərsən ?
Bütün bunlar azmış kimi, DGK sədrinin bir  savadsız qaynı var, Zeynal Tarquluyev.
Biznesmenlər, iş adamları onun əlindən beziblər.
Bu adam adicə kağızdan, bəyannamədən yüz minlər  qazanır. 
Uzun illər  Dövlət Gömrük Komitəsinin ( DGK ) iş adamlarına gömrük bəyannamələri, ciddi hesabat blankları kimi  təqdim etdiyi  nömrələnmiş  adi rəngli vərəqlərin satışını ancaq DGK-nın nəzdində olan Təsərrüfat Hesablı Azərterminalkompleks Birliyi  həyata keçirmişdir. Yəni Azərterminalkopmpleks  bəyannamələrin satışı üzrə ölkədə monopolist idi. Həmin dövrdə dəyəri  5-10 qəpik olan kağız parçası, yəni rəngli vərəqlər  gömrük bəyannamələri adı altında iş adamlarına 210 manata satılırdı. Kimsə inadkarlıq edib qəbz tələb edəndə 18 manatın qəbzi verilirdi. Yəni iş adamı  210 manat ödəyib əvəzində 18 manatlıq qəbz alırdı və (210 - 18 = )  192 manat(lar) kimlərinsə cibinə gedirdi.
 
 Gömrük Məcəlləsinin 150-ci maddəsində isə konkret olaraq  "Bəyannamə elektron, yaxud da kagız üzərində verilə bilər" yazılsa da DGK ancaq və ancaq kağız üzərində qəbul edirdi. Kağızın hər vərəqi  isə iş adamlarına 210 manata başa gəlirdi, yəni satılırdı.  
"Dövlət orqanlarında Elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında"  Azərbaycan Respublikası  Prezidentinin 429 saylı 23 may 2011-ci il tarixli Fərmanına və  "Mərkəzi İcra Hakimiyyəti orqanlari tərəfindən konkret sahələr üzrə Elektron xidmət göstərilməsi Qaydalarının və Elektron xidmət növlərinin siyahısının təsdiq edilməsi haqqında"  Nazirlər Kabinetinin Qərarının  22.1 bəndinə əsasən isə gömrük bəyannaməsi ancaq elektron qəbul edilməli idi. 
 DGK isə Prezidentin Fərmanını, Nazirlər Kabinetinin Qərarını heç nəzərə almırdı.Həmin dövrdə dəyəri  5-10 qəpik  olan bəyannamə adlı rəngli kağızın iş adamlarına  210 manata satışı uzun illər  DGK  sədrinin birinci müavini  olmuş Səfər Mehdiyevin nəzarətində idi. Yəni Səfər Mehdiyev  adi rəngli kağız parçasından bəyannamə adı altında milyonlar qazanırdı. İndi isə Səfər Mehdiyevin DGK-da qurduğu bəyannamə biznesinin mexanizminə nəzər salaq:
 
 Təsəvvür  edin 1 500 000 - 2 000 000 bəyannamə yazılsa (idxal, ixrac, tranzit, əlavə vərəqlər də daxil və əgər  18 manatlıq  rəsmi qəbz verilsə ) 210-18=192 manatdan  (  1 500 00 * 192 man  = 288 000 000 man, 2 000 000 * 192 man = 384 000 000 manat), yəni az qala 300 milyondan yarım milyarda yaxın  qanunsuz pul əldə edilirdi. Hətta  qəbz verdikləri 18 manatın özü də qanunsuz idi. Bəli, Səfər Mehdiyevin nəzarəti altında  5-10 qəpiklik kağız vərəqi 18 manata sənədləşdirib  210 manata satılırdı. 
 
Kağız  vərəqlərdən  əlavə "Tərəzi pulu" adı ilə yığılan küllü miqdarda vəsait  və "Xidmət göstərmək"  adı ilə  yığılan  pullar isə başqa problemdir. 
 
Artıq bəyannamə  adı altında 5-10 qəpik dəyəri olan adi rəngli kağız vərəqələrin iş adamlarına 210 manata satmağın mümkün olmadığını görən Səfər Mehdiyev hansı yola əl atdı ? 
Bu barədə növbəti yazıda.

Oxşar xəbərlər

İSTEFA-ya gedirsənmi, cənab Səfər Mehdiyev ?- Getməsən, İSTEFA-ya deyil, səni başqa yerə göndərəcəklər
5-ci kalonun gömrükdəki görünməz siması deyilən Səfər Mehdiyev YOLA SALINDI – SON DƏQİQƏ
Səfər Mehdiyev, sayılı günlər qalıb, hazır ol-700 milyon kəsiri kim ödəyəcək, cənab DGK sədri?-VİDEO
Səfər Mehdiyev varidatını xaricə köçürür... - İDDİA
AzTV-nin əməkdaşını avtomobillə gömrük generalının qardaşı oğlu vurub öldürüb
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
"Səfər Mehdiyev niyə orduya yardım etmədi?" - ETİRAZ
Səfər Mehdiyev necə olur ki. MÖVQELƏRİNİ QORUYUR... - İDDİA
Səfər Mehdiyevin özü getmək istəyir... - İDDİA
Səfər Mehdiyev də bacarmadı, köhnə niyyətə QAYIDIŞ... - İLGİNC MƏQAM
Səfər Mehdiyevin yeni inhisarçı komandası... - DGK sistemi nədən dəyişə bilmir?
Səfər Mehdiyev yeni ilə qədər vəzifədən alınacaq - İDDİA
Səfər Mehdiyev büdcəyə hər gün daha az ödəyir
Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
Səfər Mehdiyev SƏFƏRBƏRLİKDƏN KƏNARDA... - Bizdən biri deyilmiş...
Səfər Mehdiyev bahalaşmaya necə rəvac verir... - DGK-nin ləğvi yenidən gündəmdə...
Səfər  Mehdiyevin  vurulmuş məmur övladlarına atalıq qayğısı-Səfər Mehdiyev və Vüqar Səfərli cütlüyü
Səfər Mehdiyevi o əvəz edəcək? - Azər Məmmədov kimdir?
"Səfər Mehdiyevə qarşı da bir əməliyyat keçirilməlidir..." - İTTİHAM
Səfər Mehdiyev deputata savaş açır..
Gömrük Komitəsi kimin marağını güdür - Dövlətin, xalqın, yoxsa komitə rəhbərliyinin?
Səfər Mehdiyevin yeni “icadı”: Gömrükdə 1.91 müəmması
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum və tanışlarının siyahısı
Səfər Mehdiyevin "kor" dediyi xalq nəyi görmür? — ƏTRAFLI
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum və tanışlarının siyahısı
Avtomobil bazarını BÖHRANA SOXAN GÖMRÜK QAPILARI... - Bir daha elektromobillər haqqında...
Onunla haqq-hesabın vaxtı yaxınlaşır... - Fransa kimi, daxildəki "fransızlar" da hədəfdədir...
Aztv-nin əməkdaşını öldürən Gömrük generalının qardaşı oğlu imiş -EKSKLÜZİV
Rəşad Babayevin kimin əmisi oğlu olmasının cəmiyyət üçün mənası yoxdur, Səfər Mehdiyev...-  Əsas olan  DGK-da rüşvət və korrupsiyadır
Səfər Mehdiyevlə bağlı siyahı yayıldı: - Yüksək vəzifələrə təyinat prinsipi…