Qubanın icra başçısı  Ziyəddin Əliyevin qardaşı, Arzu Rəhimovun müavini general-mayor Şahvələd Əliyevə suallar...
5-05-2021, 16:34
428

Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı, Arzu Rəhimovun müavini general-mayor Şahvələd Əliyevə suallar...

Rayon hərbi komissarlıqlarının binaları neçəyə təmir olunur ? 


Cənab general, siz qardaşınızın biznesinə şəriksinizmi ?

Vaxtilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  ( SHXÇ ) yaradılıb. 
Üstəlik on illərlə fəaliyyət göstərən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin ( keçmiş DOSAAF ) bütün maddi-texniki bazası  yeni quruma verildi. 
Çoxları hesab edir ki,  SHXÇ  Dövlət Xidməti ancaq yaşı çatan gəncləri orduya çağırmaq üçündür. Əslində isə Bu Dövlət Xidmətinin əsas işi gənclərin hərbi-vətənpərvərlik RUHUNDA TƏRBİYƏSİ, hərbi xidmətə çağırışaqədərki HAZIRLIĞI, xüsusi hərbi İXTİSASLAR üzrə hazırlığı və digər məsələlərdir. 
Yəni qurumun işi  vətəndaşa “povestka”  verməklə bitmir. 
Bu qurumun hər rayonda  şöbəsi fəaliyyət göstərir. 
Dövlət Xidməti rəisinin   4 general müavini var: 
1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini: general – mayor Zaur Qasım oğlu Abdullayev
2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini: general – mayor Mayıl Seminar oğlu Şahverdiyev
3. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini: general – mayor Yusif Həsən oğlu Mirzəyev 
4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini: general – mayor Şahvələd İsmayıl oğlu Əliyev. 

Birincisi, ondan başlayaq ki, vətəndaş sual verə bilər ki, bu qurumda  4 general müavinə nə ehtiyac var ? Qurumu bu boyda şişirtməyin nə mənası var ? 
Vətəndaş niyə sual verə bilər?
Çünki dövlət qurumlarında çalışanların maaşları vətəndaşın büdcəyə ödədiyi vergilərin hesabına olur. Deməli vətəndaş haqlı olaraq sual verə bilər. 
İkincisi, bu Dövlət Xidmətinin  yuxarıda qeyd etdiyimiz “hərbi vətənpərvərlik ruhunda tərbiyə və s” görülən işlərə vətəndaşlar harada rast gəlib ? 
Ümumiyyətlə, bu qurumda çalışanların övladlarının “vətənpərvərlik ruhu” haqqında media çox yazıb deyə, bu mövzuya toxunmuruq. 
Axı, dövlət bu sahəyə 100  milyonlar ayırır. Bəs o pullar hara sərf olunur. 
Bu suala rəisin  maliyyə və maddi-texniki təminat  üzrə  müavini general-mayor Şahvələd İsmayıl oğlu Əliyev cavab verməlidir. 
Cənab general  Dövlət Agentliyinin müxtəlif rayon şöbələrinə ( keçmiş rayvoyenkomat )  maliyyəni hahsı faizlə bölürsən ?
Dövlət qurumunun keçirdiyi tenderləri  maliyyə üzrə müavin kimi  dostlarına və kimlərə bağışlayırsan ?
Cənab maliyyəçi  general-mayor Şahvələd Əliyev ! 
Rayon şöbələrinin  binalarının təmiri neçəyə başa gəlir ?
Hər təmirdən  nə qədər “otkat” olur ? 
Siz həm də maddi-texniki bazaya cavabdehsiniz. Ona görə Dövlət Xidmətinin aldığı  avadanlıqların qiyməti  kağız üzərində və realda nə qədərdir ? 
Cənab general ! 
Qardaşın, Qubanın icra başçısı Ziyəddin İsmayıl oğlu Əliyevin Avropadakı mülklərini, biznesini gündə “reklam”  edirlər. 
Bəs sizin  qardaşınızla biznes şəriki olmağınız barədə necə ? 
Araşdırmalarımız davam edir.

P.S.Hörmətli Generallara xatırladım ki,Binəqədi komissarlığından belə bir məlumat bizə dedilər ki,abrımız gedib,bizi tez tez Sumqayıt Hərbi Komissarlığına çağırıllar.Bu mövzu maraqlı olduğu üçün bu barədə daha geniş araşdırmamız olacaq.

Oxşar xəbərlər

Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
Səfərbərlik xidməti açıqlama yaydı: Orduya yeni çağırış başlayıb?
Səfərbərlik Xidməti yeni məlumat yaydı
Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
Ağdaş Hərbi komissarlığı xəstə gənci orduya yollayır- ŞİKAYƏT
Azərbaycanda bu gündən hərbi xidmətə çağırış başladı
Həqiqi hərbi xidmətə yanvar çağırışı başa çatdı
Səfərbərlik Xidmətindən bu şəxslərə MÜRACİƏT - SMS daxil olduqda...
Həqiqi hərbi xidmətə çağırışla bağlı açıqlama
Azərbaycanda polkovnik-leytenant vəfat etdi
Səfərbərlik Xidməti məlumat yaydı - Diqqət!
Hərbi xidmətə çağırışla bağlı açıqlama
Hərbi qulluqçular bu tarixlərdə tərxis ediləcək
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Dövlət Xidməti hərbi xidmətə çağırışla bağlı MƏLUMAT YAYDI
Səfərbərlik Xidməti məlumat YAYDI
Dövlət Xidməti çağırışçılara müraciət etdi
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
ŞOK: Arzu Rəhimov yeni bazar açıb... - İTTİHAM
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
Bakıda marketdə çipsi əzib, video çəkən şəxs generalın oğlu imiş
"Hərbi xidmətə çağırış sayı iki dəfə azaldılsın" - Deputatdan TƏKLİF
Dövlət Xidməti: 8500-ə yaxın vətəndaş döyüşə getmək üçün qeydiyyata düşüb
"Döyüşə getmək istəyən çox sayda vətəndaş Dövlət Xidmətinə müraciət edib" - General
Cəbhədə döyüşmüş bu şəxslərə 1080 manat manat veriləcək
Prezident onlara general rütbəsi verdi
“Hərbi xidmətə göndərəcək uşağımız yoxdur" - Erməni valideynlər
Nazirlik hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib
Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı - FOTO