İradə Gülməmmədovanın həbsini reallaşdıracaq FAKTLAR...-ÜÇÜNCÜ HİSSƏ
6-05-2021, 16:56
187

İradə Gülməmmədovanın həbsini reallaşdıracaq FAKTLAR...-ÜÇÜNCÜ HİSSƏ

İradə Gülməmmədovanın həbsi an məsələsidir- “Şayba” daralır cənab xanım başçı...
Yolçu necə  “oliqarx”  oldu ? 

“Baş  yeyən”  ləqəbli həkim-icra başçısı İradə Gülməmmədova...

Abşeron  rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova haqqında çox şeylər yazmaq olar, yəni bu xanım “başdan ayağa” materialdır, mövzudur. Bunun əməllərini yazmağa nə rəng çatar, nə kağız. 
Sadəcə, ucqar bir əyalət xəstəxanasında adi pediatr işləyən kasıb  İradə Gülməmmədova  yatsa yuxusuna da girməzdi ki, nə vaxtsa Abşeron kimi zəngin bir rayonun icra başçısı olacaq. 
Zəlzələdən, ya vəlvələdən nəhayət 2015-ci ildə İradə Gülməmmədova  Abşeron rayon icra hakimiyyətinin başçısı oldu. 
Qısa vaxtda İradə Gülməmmədova Abşeron rayonunda elə bir  rüşvət və korrupsiya şəbəkəsi qurdu ki, qohum-əqrəbası “bərəkallah” dedi.
Bəli, İradə Gülməmmədova  qardaşını, bacısı oğlunu, qohum-əqrəbasını  Abşeronun kəndlərinə “komandirovat”  elədi. Kim ev tikirsə, kim daşı daş üstə qoyursa, kim “zabor” çəkirsə, hətta kim sanuzel tikirsə, mütləq İradə xanımın pulunu göndərməlidir. Bəli, insan nə qədər tamahkar olar ki, “zaxod” tikməkdən də pul qazana. Az vaxtda Abşeronun Saray, Mehdiabad, Qobu, Hökməli, Güzdək, Ceyranbatan qəsəbələrinə, Məmmədli, Fatmayi, Görədil kəndlərinə səs yayıldı ki, rayona bir zənən xeylağı başçı gəlib, kimi tutdu, cibini kəsir. 
Qısa vaxtda qardaşı Rövşən Quliyev, bacısı oğlu Babək Zalov başda olmaqla  böyük bir briqada kəndlərdən, qəsəbələrdən  xərac toplamağa başladılar. İradə Gülməmmədovanın əri Yolçu  Gülməmədov isə gecə səhərəcən pulları dəstələyib saymaqla məşğul idi. Az vaxtda Yolçu müəllim milyonçuya çevrildi. 
Buyurun Yolçunun əmlakının az bir hissəsinə nəzər salın.
1.    “Vimay” Tibb Mərkəzi
2.    “Vimay- Med” klinikası
3.    “Af - Gen” klinikası
4.    Repose Travel turizm şirkəti
5.    Apteklər şəbəkəsi 
6.    Rusiyada  şirkətləri
Bu Yolçunun müklərinin az hissəsidir. 
Görəsən, bu kasıb ailə qısa vaxtda necə milyonçuya çevrildi. 
Əlbəttə, rüşvətin və korrupsiyanın hesabına. 
İndi  həmin korrupsiya şəbəkəsi bir neçə aydır ki, hüquq-mühafizə orqanları tərəfindən həbs olunublar. 
Təsəvvür edirsiniz  icra hakimiyyətinin baş memarı qanunsuz tikililərə, alınan rüşvətə görə həbs olunur, İradə Gülməmmədovaya  gözün üstə qaşın var deyən olmur. Axı, baş memar kimdir ki, icra başçısının icazəsi olmadan torpaq satsın, tikintiyə icazə versin, rüşvət alsın. 
Başçının icazəsi olmadan icra hakimiyyətinin heç bir əməkdaşı  addım ata ilməz. Hətta əri Yolçu müəllim də İradəninn icazəsi olmasa gecələr pul saya bilməz. 
Bütün bu işlərin başında İradə Gülməmmədova özü durur.  
Artıq Abşeron icra hakimiyyətindəki həbslərin istintaqı yekunlaşıb. Buyurun bu da İradə Gülməmmədovanın  rüşvət və korrupsiya “ŞAYKA”sının  siyahısı:
1.    Əliyev Akif Ələs oğlu, 
2.    Əhmədov Murad Fərhad oğlu,
3.    Əkbərov Cəfər Razim oğlu,
4.    İsmayılzadə Seymur Yadulla oğlu,
5.    Xəlilov Şamil  Rasim oğlu,
6.    Süleymanov Emin Sahib oğlu,
7.    Əliyev Novruz Azər oğlu,
8.    Zaliyev Babək Hacı oğlu,
9.    Ağaməmmədov Tural İrzəbəy oğlu. 
Yəqin ki, yaxın zamanda bu şəxslər törətdikləri cinayət əməllərinə görə layiq olduqları cəzanı alacaqlar. 
Bəs İradə Gülməmmədova ? 
Cənab İradə Gülməmmdova ! 
Hamının Başını yeyirsən ki, öz başını qoruyasan. Bu mümkün olan məsələ deyil. 
Bu boyda cinayətkar  dəstəyə rəhbərlik edəsən və məsuliyyətdənn kənar qalasan ? Bu mümkün deyil.
Sənin həbsin də an məsələsidir. Balakəndən işlədiyin poliklinikadan gətirdiyin taxta çamadanını yığışdır, cənab başçı.
P.S. Bu isə şərəfli müstəntiqlərimizin korrupsiyaya qarşı mübarizə yolunda ortaya qoyduğu dəlil və sübutlar. Buyurun tanış olun.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, I dərəcəli hüquqşünas Məhərrəmov Tural Əbülfət oğlu, icraatımda ibtidai istintaqı aparılmış Əliyev Akif Ələs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3, Əhmədov Murad Fərhad oğlunun Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.2 və 32.4,312.2, Əkbərov Cəfər Razim oğlunun CM-in 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.3.2 və 32.4,312.2, İsmayılzadə Seymur Yadulla oğlunun CM-in 178.2.1, 178.2.3, 178.2.4, 32.5,311.3.3 və 32.4,312.2, Xəlilov Şamil Rasim oğlunun CM-in 178.2.1, 178.2.2, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4,312.2, Süleymanov Emin Sahib oğlunun CM-in 178.2.1, 178.2.3, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4, 312.2, Əliyev Novruz Arzu oğlunun CM-in 32.5,311.3.3, Zalıyev Babək Hacı oğlunun CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2, Ağaməmmədov Tural İrzəbəg oğlunun CM-in 178.2.1, 178.2.3, 32.5,311.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə daircinayət işinin materiallarını nəzərdən keçirib həmin iş üzrə toplanmış sübutları kifayət hesab edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 284-288-ci maddələrində nəzərdə tutulan tələbləri yerinə yetirdikdən sonra həmin Məcəllənin 289-cu maddəsinə əsasən hazırkı ittiham aktını 30 yanvar 2021-ci il tarixdə, saat 10:00-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Bakı şəhəri, S.Bəhlulzadə küçəsi 10A ünvanında yerləşən inzibati binasındakı xidməti otağımda tərtib etməyə başladım. Həmin cinayət işi 20 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə başlanmış və həmin tarixdə icraatıma qəbul edilərək ibtidai istintaqı aparılmışdır.  Cinayət işinin başlanmasına səbəb və əsas Bakı şəhər sakini Bəylərov Orxan Qənimət oğlunun 15.05.2020-ci il tarixli müraciəti üzrə aparılan ilkin araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti Mənzil kommunal təsərrüfat birliyinin Xırdalan şəhəri 3 saylı Mənzil təsərrüfat istehsalat istismar təmir sahəsinin rəisi vəzifəsində işləyən Əhmədov Murad Fərhad oğlunun əməllərində qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməyə cəhd və rüşvət verməyə təhrik etmə cinayətlərinin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin toplanması olmuşdur.
                                         İKİNCİ HİSSƏ
Azərbaycan Respublikası Baş prokurorunun 26.06.2020-ci il tarixli qərarı ilə  cinayət işi üzrə ibtidai istintaqın Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələri ilə davam etdirilməsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə həvalə edilmişdir.

 Cinayət işi 22.06.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.3 və 32.4,312.1-ci maddələrinə, 23.06.2020-ci il tarixdə CM-in 29,178.2.1, 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələrinə, 15.10.2020-ci il tarixdə CM-in 29,178.2.1, 29,178.2.3, 32.5,311.2, 311.2 və 32.4,312.1-ci maddələrinə, 21.12.2020-ci il tarixdə isə həmin Məcəllənin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 32.5, 311.3.2, 32.5, 311.3.3 və 32.4, 312.2-ci maddələrinə müvafiq tarixli qərarlarımla tövsif edilmişdir.

 İş üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən 08.10.2020-ci il tarixdə 3 (üç) ay müddətinə, yəni 20.01.2021-ci il tarixə, 05.01.2021-ci il tarixdə isə 3 (üç) ay müddətinə, yəni 20.04.2021-ci il tarixə qədər uzadılmışdır.
 
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbovun 21.12.2020-ci il tarixli qərarı ilə rəhbərliyimlə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, II dərəcəli hüquqşünas Mahmudov Hikmət Fərhad oğlu, mühüm işlər üzrə müstəntiq vəzifəsini icra edən, I dərəcəli hüquqşünas Hüseynzadə Toğrul Ələkbər oğlu və mühüm işlər üzrə müstəntiq, II dərəcəli hüquqşünas Qocaman Ələsgər Rəşad oğlundan ibarət tərkibdə birgə istintaq qrupu yaradılmışdır.

28.08.2020-ci il tarixdə tərəfimdən qəbul edilmiş qərarla Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi idarəsinin və Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları barəsində CM-in 308.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi birgə baxılması obyektiv araşdırılmasına mane olmadığından digər cinayət işi ilə Azərbaycan Respublikası CPM-nin 49-cu maddəsinə əsasən bir icraatda birləşdirilmişdir.

Cinayət işi 28 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq idarəsində istintaq olunan Məmmədov Fərid Ağasəlim oğlunun Azərbaycan Respublikası CM-in 222-2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinin əməkdaşları və Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları barəsində CM-in 308.2-ci maddəsi ilə ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş və 01 iyul 2016-cı il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri Quliyev Ziyafət Əliağa oğlu tərəfindən icraata qəbul edilmiş, 05 yanvar 2017-ci il tarixdə cinayət işinin istintaqı onun tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsi ilə dayandırılmışdır.

Cinayət işinin materiallarından Vəliyev İlyas Əjdər oğlu və Fərəcov Xəyyam Fərəc oğlunun, Qaraxani Nəriman Piruz oğlunun, Alıyev Ərani Seymur oğlunun, Məhərrəmov Vilayət Mansır oğlunun, Təhməzov Çingiz Ədil oğlunun, Dərgahov Nadir Nuşirəvan oğlunun ifadələrində, Nəcəfov Fizuli Saruxan oğlu, Yusifzadə Raul Rəhim oğlu və qeyrilərinin müraciətlərində göstərdikləri xüsusatlar üzrə Azərbaycan Respublikası CM-in 178.2.3 və 308.1-ci maddələri iləcinayət işi 5 yanvar 2021-ci il tarixdə tərəfimdən ayrıca icraata ayrılmış və həmin tarixdə tərəfimdən icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilir.

Əhmədov Murad Fərhad oğlu 20 iyun 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, müdafiəçisi Həsənov Nuralı İlyas oğlunun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini tam səmimiliyi ilə etiraf edərək peşmançılıq hissi keçirdiyini bildirmişdir.
 
Əhmədov Murad Fərhad oğlu 22 iyun 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş, həmin tarixdə barəsində Binəqədi rayon Məhkəməsinin hakimi Ağayev Elçin Zəkəriyə oğlunun qərarı ilə 3 ay müddətinə, yəni 20 sentyabr 2020-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 11 sentyabr 2020-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun tərəfindən həbsdə saxlanılma müddəti 1 ay müddətinə, 20 oktyabr 2020-ci il tarixə qədər uzadılmış, 16 oktyabr 2020-ci il tarixdə Murad Əhmədova tərəfimdən CM-in 29,178.2.1, 29,178.2.3, 32.5,311.2 və 32.4,312.1-ci maddələri ilə yenidən ittiham elan olunmuş və 17 oktyabr 2020-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 yanvar 2021-ci il tarixə qədər uzadılmış, 25 dekabr 2020-ci il tarixdə tərəfimdən Murad Əhmədova CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.2 və 32.4,312.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 
Əliyev Akif Ələs oğlu 23 iyun 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində Binəqədi rayon Məhkəməsinin hakimi Ağayev Elçin Zəkəriyə oğlunun qərarı ilə 4 ay müddətinə, yəni 20 oktyabr 2020-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 17 oktyabr 2020-ci il tarixdə həmin Məhkəmənin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 yanvar 2021-ci il tarixə qədər uzadılmış, 25 dekabr 2020-ci il tarixdə Akif Əliyevə tərəfimdən CM-in 311.3.2 və 311.3.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 

Əkbərov Cəfər Razim oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə barəsində Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə ibtidai istintaq müddətinin sonunadək, yəni 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 

İsmayılzadə Seymur Yadulla oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4, 32.5,311.3.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə barəsində 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.

Xəlilov Şamil Rasim oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə barəsində 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 
Süleymanov Emin Sahib oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə barəsində Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 
Əliyev Novruz Arzu oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 32.5,311.3.3-cü  maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 
Zalıyev Babək Hacı oğlu 22 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
 
Ağaməmmədov Tural İrzəbəg oğlu 22 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 32.5,311.2 və 32.4,312.2-ci maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
                                                                Üçüncü Hissə



Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Əliyev Akif Ələs oğlu Abşeron rayon icra hakimiyyəti üzrə 22 sentyabr 2005-ci il tarixli, 311 nömrəli Sərəncamla Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) vəzifəsinə təyin edilməklə 29 yanvar 2009-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi haqqında” Əsasnamənin 3-cü bölməsinin 7-ci bəndinə əsasən, şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyəti çərçivəsində yerli səviyyədə normativ tənzimlənmənin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsinin təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsi, yaşayış məskənlərinin baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin və digər layihələrin, habelə onlarda müvafiq dəyişiklikləri nəzərdə tutan layihələrin hazırlanmasının təşkil edilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsinə rəy verilməsi, müvafiq qaydada təsdiq olunmuş şəhərsalma sənədləri olmadıqda və ya şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişiklik edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə razılıq verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada arxitektura qurumundan rəy alınmasının təşkil edilməsi, tikinti obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulmasının memarlıq həlləri üzrə layihələrinə baxılması və razılaşdırılmasının təmin edilməsi, tikintisi başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak edilməsi, yerli səviyyədə dövlət şəhərsalma kadastrının yaradılması və aparılması, şöbəyə daxil olmuş ərizə və şikayətlərə baxılması və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, rəylər verilməsi, tikinti layihələrinin təsdiq edilməsi, şəhərsalma və tikinti norma və qaydalarının pozulması ilə aparılan, həmçinin özbaşına tikintilərin dayandırılması barədə tapşırıqların verilməsi, şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması haqqında işlərə baxılması, özbaşına tikintilərin sökülməsi barədə məhkəmə qaydasında iddia qaldırılması, tikinti-quraşdırma işlərinin başlanmasına icazə verilməsi, habelə onunla bağlanmış eyni tarixli əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən, rayon İcra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirməklə şöbəyə rəhbərliyin həyata keçirilməsi, başçının memarlıq və tikinti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi, yaşayış və qeyri-yaşayış binalarının tikintisinə və istismarına nəzarət edilməsi, bu sahədə sənədlərin hazırlanması və təsdiqinə rəhbərlik etməklə rəy verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs qismində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3, 74 və 75-ci maddələrinə əsasən, tikintisinə (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpasına) icazə tələb olunan obyektlərdə tikinti fəaliyyətinin sifarişçi tərəfindən tikinti layihəsi əlavə edilmiş ərizə ilə yerli icra hakimiyyətinə etdiyi müraciət əsasında icra hakimiyyəti orqanı tərəfindən həmin müraciət təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində sənədlərin tamlığı yoxlanılıb, tam olması nəticəsinə gəlindikdə tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə, ekspertizadan keçirilməklə rəy verilməsinin və rəy müsbət olduğu təqdirdə qeyd edilən tikintiyə icazə verilməsi ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsinin təmin edilməsindən sonra alınacaq rəylərə müvafiq olaraq tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina barədə qərar qəbul edilməli olduğu halda, Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsində rəsmi əmək müqaviləsi olmadan faktiki fəaliyyət göstərmiş, istintaqa adı “Elmir” kimi məlum olan şəxsin məsləhətləri və məlumatları ilə yardım etməklə, habelə pul vəsaitini qəbul edib ona sahiblik edib özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 31 may 2012-ci il qeydiyyat tarixli, MA Seriyalı, 0395050 nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0.03 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə məxsus olduğu Əhmədov Səxavət Akif oğlunun 2015-ci ilin avqust ayında müdiri işlədiyi həmin şöbənin Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 ünvanında yerləşən Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına gələrək qeyd edilən torpaq sahəsində tikinti işləri aparmaqla 2 mərtəbəli fərdi yaşayış evi tikmək istəməsi barədə özünə bildirdiyi zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı torpaqlar hesab olunmasına və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda həmin Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilməsinə, habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsində torpaq sahəsindən, o cümlədən, kənd təsərrüfatı təyinatlı torpaqlardan məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyətin müəyyən edilməsinə baxmayaraq, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına şərait yaradılması, rayon İcra Hakimiyyəti başçısının imzası və möhürü ilə təsdiq olunmuş fərdi yaşayış evinin tikintisinə icazə sənədi, özünün möhürü və imzası ilə təsdiq edilmiş tikintinin layihəsinin verilməsi, tikinti barədə aidiyyəti qurumlara məlumat verməməklə tikintinin dayandırılmaması müqabilində həmin xidməti otağında Səxavət Əhmədovdan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, sonuncunun razılığını aldıqdan sonra ondan həmin torpaq sahəsinə dair müvafiq çıxarışı, torpaq sahəsinin plan və ölçüsünü alıb, 25 avqust 2015-ci il tarixdə Səxavət Əhmədovu həmin inzibati binada başqa xidməti otaqda olan həmin “Elmir” adlı şəxsin yanına göndərib, maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla “Elmir” adlı şəxs vasitəsilə rüşvət qismində Səxavət Əhmədovdan alıb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, həmin tarixdə Abşeron rayon İcra Hakimiyyətinin 1215-T nömrəli Səxavət Əhmədova məxsus 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə dair əmr verilməklə həmin əmri sonuncuya təqdim etmişdir.
Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3, 74 və 75-ci maddələrinə əsasən, tikintisinə (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpasına) icazə tələb olunan obyektlərdə tikinti fəaliyyətinin sifarişçi tərəfindən tikinti layihəsi əlavə edilmiş ərizə ilə yerli icra hakimiyyətinə etdiyi müraciət əsasında icra hakimiyyəti orqanı tərəfindən müraciət təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində sənədlərin tamlığı yoxlanılıb, tam olması nəticəsinə gəlindikdə tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə, ekspertizadan keçirilməklə rəy verilməsinin və rəy müsbət olduğu təqdirdə qeyd edilən tikintiyə icazə verilməsi ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsinin təmin edilməsindən sonra alınacaq rəylərə müvafiq olaraq tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina barədə qərar qəbul edilməli olduğu halda Abşeron rayon Masazır Bələdiyyəsində Maliyyə vergi və ödənişlər sektorunun müfəttişi vəzifəsində işləyən Süleymanov Emin Sahib oğlu və Əliyev Novruz Arzu oğlu, habelə Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsində rəsmi əmək müqaviləsi olmadan faktiki topoqraf kimi fəaliyyət göstərmiş Xəlilov Şamil Rasim oğlunun məsləhətləri və məlumatları ilə yardım etməklə, habelə pul vəsaitini qəbul edib ona sahiblik edib özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçilikləri ilə, 2018-ci ilin aprel ayında istintaqa məlum olmayan gündə Musayev Həmid Kazım oğlunun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən Masazır Bələdiyyəsinə məxsus 0.04 ha torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikinti işlərini apararkən Emin Süleymanov və Novruz Əliyevin həmin faktı aşkar edərək tikintini dayandırıb, Abşeron rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin rəisinin, yəni özünün işçiləri olmaqla onlara edəcəyi münasib hörmət qarşılığında tikintiyə icazə verəcəklərini Həmid Musayevə bildirməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni qeyd edilən torpaq sahəsində heç bir rəsmi sənədləşdirmə aparılmadan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq tikintisinə icazə verilməklə digər qurumlar qarşısında tikintinin dayandırılması məsələsinin qaldırılmamasına görə özü və Emin Süleymanov, Novruz Əliyev, Şamil Xəlilov üçün Həmid Musayevdən Emin Süleymanov və Novruz Əliyev vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində istəmiş, Həmid Musayev həmin məsələnin müsbət həlli üçün 3.000 manat məbləğində pul vəsaiti vermək imkanında olmasını bildirdikdə, həmin məbləğin az olduğunu deyərək onunla razılaşmayıb, Emin Süleymanov və Novruz Əliyevin aralarındakı cinayətkar niyyətə uyğun olaraq Həmid Musayevi özünün yanına göndərmələri ilə əlaqədar, sonuncunu bir neçə gün sonra həmin şöbənin Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 ünvanında yerləşən Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında qəbul etdiyi zaman Həmid Musayevin qeyd edilən torpaq sahəsində qeyri-yaşayış binası tikməsinə icazənin verilməsində köməklik göstərməsinə dair özünə şifahi müraciəti ilə əlaqədar sonuncunun  Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3, 74 və 75-ci maddələrinin tələbləri baxımından həmin yerli icra hakimiyyəti orqanına hər hansı yazılı müraciətinin olmamasına, rəhbəri olduğu şöbədə qeyd edilən tikinti ilə əlaqədar hər hansı sənədləşdirmə və rəsmiləşmə aparılmamasına baxmayaraq, Həmid Musayevə gözləməsini, imkan olan kimi tikinti işlərini aparmasına şərait yaradacağını, özü xəbər göndərən zaman tikintiyə başlaya biləcəyini şəxsən bildirib, həmin vaxtdan 1 ay sonra qeyd olunan torpaq sahəsində eyni niyyətlə, Emin Süleymanov, Novruz Əliyev və Şamil Xəlilovun eyni xarakterli köməkçilikləri ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni torpaq sahəsinə dair sənədlərinin tələb olunan qaydaya salınması, tikinti aparmasına şərait yaradılması, tikinti ilə bağlı hər bir məsələyə özünün nəzarət etməsi, müvafiq sənədləşməsi olmadan aparılan həmin qanunsuz tikinti barədə aidiyyəti qurumlara məlumat verməməklə tikintinin dayandırılmaması, sonradan tikintinin söküntüsü məsələsinin qaldırılmamaqla oradan istifadəsinə mane olunmaması müqabilində özü və Emin Süleymanov, Novruz Əliyev, Şamil Xəlilov üçün Həmid Musayevdən Emin Süleymanov və Novruz Əliyev vasitəsilə birbaşa yolla külli miqdarda maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəmiş, Həmid Musayevin maddi imkanının aşağı olması ilə əlaqədar qeyd edilən məsələnin müsbət həlli üçün 8.000 manat məbləğində pul vəsaiti vermək imkanında olmasını Emin Süleymanov və Novruz Əliyev vasitəsilə özünə bildirdiyi zaman buna razılıq verib, həmin niyyətlə, 2019-cu ilin avqust ayında istintaqla dəqiq müəyyən edilməyən gündə müdiri işlədiyi həmin şöbənin qeyd edilən ünvanda yerləşən inzibati binasında Həmid Musayevdən özü və Emin Süleymanov, Novruz Əliyev, Şamil Xəlilov üçün sonuncu vasitəsilə külli miqdarda maddi nemət olan 8.000 manat məbləğində pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində alıb, sonuncularla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etmişdir.
Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3, 74 və 75-ci maddələrinə əsasən, tikintisinə (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpasına) icazə tələb olunan obyektlərdə tikinti fəaliyyətinin sifarişçi tərəfindən tikinti layihəsi əlavə edilmiş ərizə ilə yerli icra hakimiyyətinə etdiyi müraciət əsasında icra hakimiyyəti orqanı tərəfindən müraciət təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində sənədlərin tamlığı yoxlanılıb, tam olması nəticəsinə gəlindikdə tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə, ekspertizadan keçirilməklə rəy verilməsinin və rəy müsbət olduğu təqdirdə qeyd edilən tikintiyə icazə verilməsi ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsinin təmin edilməsindən sonra alınacaq rəylərə müvafiq olaraq tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina barədə qərar qəbul edilməli olduğu halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 23 aprel 2013-cü il qeydiyyat tarixli, RX Seriyalı, 0156027 nömrəli çıxarışa əsasən Abşeron rayonu, Digah qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.025 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə məxsus olduğu Bayramov Bəxtiyar Nazim oğlunun 2018-ci ilin oktyabr ayında müdiri işlədiyi həmin şöbənin Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 7 ünvanında yerləşən Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına gələrək qeyd edilən torpaq sahəsində inşa etdiyi 1 mərtəbəli fərdi yaşayış evinin təqdim etdiyi layihəsinin təsdiq edilməsinə dair özünə müraciəti ilə əlaqədar istintaqla şəxsiyyəti araşdırılan şəxsin məsləhətləri və məlumatları ilə yardım etməklə, habelə pul vəsaitini qəbul edib ona sahiblik edib özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni qeyd edilən layihənin rəhbəri olduğu şöbədə təsdiq edilməsinə görə Bəxtiyar Bayramovdan həmin xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.500 manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, sonuncunun maddi imkanının aşağı olması ilə əlaqədar həmin məbləği azaltmasına dair xahişi ilə əlaqədar, eyni niyyətlə Bəxtiyar Bayramovdan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.500 manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən istəmiş, sonuncu verəcəyi pula görə qəbz verilməsini tələb etdikdə, sonuncuya rəsmi sənəd olmamaqla, üzərində Abşeron rayon İcra Hakimiyyətinin rekvizitləri və müxbir hesab üzrə rayon İcra Hakimiyyəti başçısının İnkişaf və Bərpa fonduna ianə formasında pul vəsaitinin mədaxil olunmasına dair tarixsiz və nömrəsiz olmaqla diyircəkli qələmlə istintaqla müəyyən edilməyən şəxs tərəfindən imzalanmış və “1000” rəqəmi yazılmış kağız parçasını təqdim edib, bundan sonra, həmin niyyətlə, 2018-ci ilin noyabr ayında Abşeron rayonu, Digah qəbiristanlığının yanında Bəxtiyar Əmrahovdan özü üçün birbaşa yolla maddi nemət olan 1.000 manat məbləğində pul vəsaitini köməkçi qismində özünə yardım edən istintaqla şəxsiyyəti araşdırılan şəxs vasitəsilə rüşvət qismində təkrarən alıb, şəxsi ehtiyaclarına sərf etmişdir.
Ardı var...

Oxşar xəbərlər

İradə  Gülməmmədovanın həbsi  an  məsələsidir- “Şayba”   daralır  cənab xanım başçı...
İradə Gülməmmədova oliqarxa çevrilib – Həyat yoldaşının adına olan şirkətlərin siyahısı yayıldı
Abşeron icra hakimiyyətində yeni həbslər...- İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
Abşeron icra hakimiyyətində  yeni həbslər...-  İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi
Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı
Hələ bu harasıdır İradə Gülməmmədova....-İKİNCİ HİSSƏ
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
“Mənə görə döyüşməmisən” – Abşeronun başçısı iş istəyən qaziləri – Video
Abşeronda müəllimlər günü qeyd edilib
Dairə qapanır, cənab İradə Gülməmmədova-  İcra başçısının qardaşı Rövşən Quliyev hələ də Abşeronda at oynadır
Abşeronun başçısı İradə Gülməmmədovanın qurduğu qanunsuz biznes səltənəti – FAKTLAR
Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Fotolar
Gülməmmədovanın çəmbəri daralır: bacıoğlunu da qurban verən başçıdan şok - Faktlar
İradə Gülməmmədova qış yataqlarına da göz dikdi – MÜRACİƏT
Abşeronda növbəti çalxalanma: Tanınmış QHT sədri İctimai Şuradan getdi
Bu icra başçısının 3 milyon dəyərində şəxsi baxçası və inanılmaz əmlakı üzə çıxdı – SİYAHI
İki icra başçısının başı “kötük”də: Abşeron və Nəsimidə təşviş…
Xırdalanda 5 çoxmərtəbəli bina təmir olunur - FOTO
Abşeronun Masazır  qəsəbəsində məktəb tikilir, ancaq Təhsil İdarəsinin xəbəri yoxdur…-  Görəsən, FHN, Abşeron rayon icra hakimiyyəti hara baxır ?
Suraxanıda COVİD-19-la bağlı  dəhşət saçan qalmaqal- Abşeronun icra başçısı İradə Gülməmmədovanın bacısı, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın  500 COVİD  vaksini ilə bağlı  bağışlanmaz cinayəti
Azərbaycanlı jurnalist oğluna toy etdi - FOTO
Sahil Babayevdən daha bir ŞİKAYƏT - "...heç bir maddi yardım göstərilməyib"
Alimpaşa Məmmədovun ərköyün direktoru
10-dan çox qadını fahişəliyə cəlb etdi - Məhkəmə qarşısında cavab verəcək
Direktor müəllimədən 700 manat rüşvət tələb edib-ŞƏMKİRDƏ
Təhsil nazirliyi bu faktı nəzərə almalıdır - İTTİHAM
Abşeronda şəhidlərin xatirəsinə 2783 ədəd ağac əkildi - FOTOLAR
Deputat icra başçılarını tənqid etdi
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI