Xəzər RİH-nin başçısı Elşən Salahovun həbs təhlükəsi var ?- Xəzər RİH-nin həbs olunan şöbə müdirini 1 ay sonra necə azad etdilər ?
25-05-2021, 15:49
424

Xəzər RİH-nin başçısı Elşən Salahovun həbs təhlükəsi var ?- Xəzər RİH-nin həbs olunan şöbə müdirini 1 ay sonra necə azad etdilər ?

“5”-lərlə  icra başçısı  olan  Elşən Salahov indi  “2” alır... 

 
Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı  Elşən Salahovun öz işçisini həbsdən xilas etməsi ilə bağlı mediada məlumat yayılıb. 
Əsas mövzuya keçməzdən öncə  görək, Elşən Salahov özü kimdir, nəçidir ? 
Elşən Salahovun  icra hakimiyyətinin rəsmi  saytındakı tərcümeyi-halından bəlli olur ki, o, 2000-ci ildə Xəzər Universitetini bitirib. Hansı fakültəni, ixtisası nədir ? Bəlli deyil. 
1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində əmək fəaliyətinə başlayıb. 
Bu adam 2000-ci ildə  ali məktəbi bitiribsə, 1999-cu ildə, yəni tələbə ola-ola necə  Dövlət Komitəsində işləyə bilərdi ? 
Söhbət kolxozdan getmir e, Dövlət Komitəsindən gedir. 
Bəlkə Elşən Salahov həmən dövrdə, gənc tələbə ikən atası hacı Rövşənin “Abşeron” marketində işləyib ? 
Nə isə  bu adam sonra bankda, daha sonra Xəzər  RİH-də təsərrüfat  şöbəsinin müdiri olub. 
Sentyabrın 5-i 2018-ci ildə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini olub və düz 5 ay sonra  05 fevral 2019-cu il tarixdə  Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. 
5-lərə fikir verdinizmi ? 5 sentyabr birinci müavin, 5 ay sonra yəni fevralda və ayın 5-də. 
Deməli, Elşən Salahov  icra başçısı olmaq üçün  ancaq 5 qiymətlər alıb. 
İndi isə keçək əsas mətləbə. Görək, artıq 2 ildir icra başçısı olan Elşən Salahov indi neçə alır ? 
Birincisi, onu qeyd edək ki, Elşən Salahov  Xəzərin keçmiş icra başçısı, rüşvətxorun yekəsi Gülağa İslamovun yanında “təcrübə” keçib, onun tökdüklərini yığışdırıb. 
Xəzər rayonunda torpaqların  qiyməti ən bahadır. Neçə ildir həmən rayonda fərdi ev, yaxud obyekt tikmək kimi gəlirli sahədən rayonun rəhbərliyi  milyonlar qazanıb. 
Bu gün də həmən al-ver davam edir. Yəni Elşən Salahov yaxasını qırağa çəkə bilməz. 
Çünki  bu ilin mart ayında Baş Prokuroluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməliyyat keçirib və icra hakimiyyətinin  təsərrüfat şöbəsinin müdiri Tural Zeynalov cinayət başında yaxalanıb. O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən qandallanıb.
Cəmi 1 ay sonra  aprelin sonunda  məhkəmə qarşısına çıxarılan Tural Zeynalov 200 manat cərimə edilərək azadlığa buraxılıb.
Bəlkə  icra başçısının  Tural Zeynalovun cinayət əməlindən xəbəri olmayıb ? 
Yayılan məlumatlardan bəlli olur ki, Tural Zeynalov sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alıb. Bundan başqa, Tural Zeynalov istintaq zamanı Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin "ölü can” olduğunu, onlara aid əməkhaqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.
Onu da qeyd edək ki, Tural Zeynalov Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edildikdən sonra böyük varidat sahibinə çevrilib. O, qısa müddətdə "Audi-6”, "Niva” "Ford” markalı maşınlar alıb, hər bir maşına sonluğu 888-lə bitən nömrə nişanı da bağlatdırıb. Tural Zeynalovun rayon ərazisində ayrı-ayrı şəxslərin adına rəsmiləşən torpaq sahələrinə də sahibləndiyi bildirilir. Bunlardan Elşən Salahovun xəbəri olmaya bilərdimi ? Deməli şərik olublar. 
Bəli, deməli, Tural  Zeynalov icra başçısını “baqaja” qoyub, daha doğrusu, hər şeyi açıb danışıb. 
Və bundan qorxuya düşən icra başçısı Elşən Salahov  qısa vaxtda  Tural Zeynalovu  həbsdən qurtarıb. 
Neçəyə, hansı yolla, kimlərin hesabına ? 
Bu artıq başqa bir yazının mövzusudur.

Oxşar xəbərlər

Oğlu qızını öldürən icra nümayəndəsi İŞDƏN ÇIXARILDI
İcra başçısı işçisini həbsdən xilas etdi - Elşən Salahovu qorxudan nədir?
İcra başçısı işçisini həbsdən xilas etdi - Elşən Salahovu qorxudan nədir?
Xəzər rayon İcra baçısı iki oğlu Vətən savaşında iştirak edən ailənin evini sökdürdü- Prezidentə şikayət edilib FOTO/VİDEO
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim, pul alan kimdir? - İTTİHAM
Rəhilə Baxşəliyeva 149 saylı məktəbi bazara çevirib...-  Məktəb direktoru nazir Emin  Əmrullayevi niyə saymır ?
Tahir Salahovun dəfn tarixi açıqlandı
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Tahir Salahov dəfn edildi - FOTO
149 saylı məktəbin direktoru Rəhilə Baxşəliyeva məktəbi bazara çevirib-TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV BU BARƏDƏ NƏ DÜŞÜNÜR?
Eldar Əzizov paytaxtın bağ təsərrüfatından il ərzində nə qədər qazanır?
Aydan Salahova atasının ölüm səbəbini açıqladı
Həbs edilən sabiq icra başçılarının əvvəlki iş yerləri - Tamada, zootexnik, ofisiant...
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Tahir Salahov vəfat etdi
Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq
Tahir Salahovun cənazəsi sabah Bakıya gətiriləcək
Abşeron icra hakimiyyətində yeni həbslər...- İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
Vətəndaşdan icra başçısına ağır ittiham: 2 hektar torpağı mənimsəyib - Video
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Qazax icra başçısı və oğlunun 500 minlik avtomobilləri və rayondakı 3 min işsiz
Qazax icra başçısı və oğlunun 500 minlik avtomobilləri və rayondakı 3 min işsiz
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi
Əsgər Bəşirov cəbhədən icra başçısına müraciət etdi: - “Evimdə qaz, işıq yoxdur...”
Goranboyun icra başçısı avtobioqrafiyasını təzələyir...
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Abşeron icra hakimiyyətində  yeni həbslər...-  İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO