Elman Rüstəmovun müavini  Aftandil Babayev həbs oluna bilər...-  Aftandil  Babayev  2015-ci ildə niyə Statistika Komitəsinin sədri ola bilmədi ?
15-06-2021, 21:07
338

Elman Rüstəmovun müavini Aftandil Babayev həbs oluna bilər...- Aftandil Babayev 2015-ci ildə niyə Statistika Komitəsinin sədri ola bilmədi ?

Onun xahişini kimlər etmişdi ?  

Adı daim qalmaqallarda hallanan böyük milyarder, əslən Gürcüstanın  bölgəsindən olan baş bankirin müavininin adı hansı işlərdə hallanmır. 
Deməli  Türkiyədən ölkəmizə  gətirilən gümüş, dəyəri milyonlarala ölçülən villalar , torpaq,  neft  alveri  və s. məsələlərdə Aftandil Babayevin adı  hallanır. 
Hətta bir zamanlar Azad Səlimli və Əflatun Hacıyev ad soyadlı şəxslərlə əlbir olaraq qadağan olunmuş işlərlə məşğul olub.
48 kq gümüş alverində həbs olunan Azad Səlimli, Əflatun Hacıyev və QADİR HÜMBƏTƏLİYEV  həbs olunanda Elman Rüstəmovun müavini Aftandil Babayev  Elman Rüstəmovun və Baş prokuror  Zakir Qaralovun sayəsində azadlıqda qaldı.
Sonra isə Aftandil Babayev bu məsələlərdə adını hallandığını görəndə  dərhal kursu dəyişir  Statistika  Komitəsinin sədri olmaq arzusuna düşür. Qeyd edək ki, həmən vaxt komitənin sədri  Arif  Vəliyev vəfat etmişdi. Və komitə sədri uğrunda güclü mübarizə gedirdi. Həmən vaxt Aftandil Babayevin xahişini iki mühüm şəxs xahiş etsə də o komitə sədri ola bilmədi. Hörmətli Tahir Budaqov sədr oldu. 
 Bu məsələ də baş tutmayanda dostlarından biri deyir ki get Elman  Rüstəmovdan bərk yapış, o səni saçinda olan bir tükü kimi qoruya bilər. 
Deməli Aftandil Babayev 1957-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. Ali təhsillidir. 1981-ci ildən bəri istər Ayaz Mütəllibovun istər cəbhə hakimiyyətinin dövründə , istərsə də indi hami ilə işləməyi bacarıb. 
Amma Aftandil Babayev dəyəri milyonlarala ölçülən, hətta milyarda yaxınlaşan varidatını gizlədə bilməyib. Hətta 1 sotu 55000 manata olan yenicə aldığı  62 sot torpağı demirik.
Camaat arasında belə bir sual gəzir. Aftandil  Babayevin əgər bu qədər varidatı varsa görün Elman Rüstəmovun nə qədər varidatı var. Müavin belə sərvətə sahib olan rəisin özünün  sərvəti  nə boydadır.   
Məlumat  üçün qeyd edək ki, Aftandil Babayev  1957–ci ildə  Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. 
1978–ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq Təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1978-1982-ci illərdə həmin institutun Aspirantura şöbəsində qiyabi təhsil almışdır.
Əmək fəaliyyətinə 1978–ci ildə “Azkolxoz xüsusi tikinti” Trestininn plan şöbəsində iqtisadçı vəzifəsində başlamışdır.
1979–1980–cı illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1981–ci ildən 1983–cü ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində iqtisadçı, böyük iqtisadçı, maliyyə şöbəsinin rəisi vəzifələrində işləmişdir.
1983–cü ildən 1984–cü ilədək Respublika Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində, 1984–cü ildən 1994–cü ilədək Dövlət Qiymət Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, baş idarə rəisinin müavini vəzifələrində işləmişdir.
1994–cü ildən Azərbaycan Respublikasının Milli Bankında Baş Pul-kredit siyasəti və valyutanın tənzimi idarəsi rəisinin müavini, 1995–ci ildən Pul-kredit siyasəti departamentinin direktoru, 2000–ci ilin iyul ayından isə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir.
2001–ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2006–ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2007–ci ilin fevral ayında Azərbaycan Republikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2012-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə üçüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2017-ci ilin mart ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə dördüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvüdür, Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsində çalışır.
P.S. Növbəti yazıda Aftandil  Babayevlə bağlı, onun sədr ola bilməməsinin səbəbləri haqqında yazacağıq.

Oxşar xəbərlər

Aftandil İsrafilov bahalı saatını aparıcıya bağışladı - FOTO
Daha bir azərbaycanlı baş məşqçi koronavirusa yoluxdu
İşdən çıxarılan Əhməd Əhmədzadə Elman Rüstəmovun qudasıdır
Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır
Elman Rüstəmovun qızı Londondakı şirkətinin maliyyə hesabatını vaxtında təqdim etmədi – Fotofakt
1991-ci ildə Moskvadan  Bakıya nə göndərirdin, Elman Rüstəmov ?-  Biznesmenlər baş  bankirə nə üçün mənzil hədiyyə edirlər ?
Azərbaycanda partiya sədri məhkəmədə qandallandı
Nazir müavininə ağır itki üz verib
ABŞ-da müalicə olunan azərbaycanlı nazirin durumu necədir? - Müavini danışdı
Məmur uşaqlarının şirkəti BÖHRANLA ÜZ-ÜZƏ... - İLGİNC
Azərsu-da dəhşətli faktlar
Mərkəzi Bank Elman Rüstəmovun şəxsi pulqabıdır?
Qarabağ əlilinin bacısı səhiyyə naziri Oqtay Şirəliyevlə görüşdü
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Bakıda bacısını öldürən vəzifəli şəxsin oğlu həbs edildi
Siraqəddin Cabbarov Qazi ailəsi ilə maraqlanmır - Elvin Babayev maaşını da ala bilməyib
SAHİL BABAYEV HƏBS OLUNA BİLƏR-PROKURORLUQ ARAŞDIRMA BAŞLATDI-ŞOK VİDEO
Azad Rəhimovun yerinə ONU GƏTİRİRLƏR... - İDDİA
Arif Babayevin oğlu: "Atam Türkiyəyə aparılmayıb, Bakıdadır" – YENİLƏNİB
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb
Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT
Prezident Tahir Budaqova yeni VƏZİFƏ VERDİ
Xalq artisti Arif Babayev müalicə üçün təcili Türkiyəyə aparılıb
Əlilin amputasiya olunmuş ayağı təzədən uzanmır, cənab Sahil Babayev-Abşeron  səhiyyəsində  Zakir Qaralovun qohumları at oynadır
Əmlak Komitəsinin vəzifəli şəxslərinə CİNAYƏT İŞİ AÇILDI
Gələn il pensiyalar artacaq - RƏSMİ AÇIQLAMA
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Elman Rüstəmovun qızı ilə Əhmədzadənin oğluna məxsus Londondakı şirkətin 12,5 milyonluq borcu… - FOTOFAKT
Azad olunan ərazilərdə çoxsaylı iş yerləri açılacaq